4.2.2. Tələbələr üçün fəaliyyətlər
• Qruplara bölünün.Müəllimin verdiyi iş vərəqindəki ölçülərə əsasən hesablamaları
aparın.Sonra yazılan hesablamalar əsasında müzakirələr və təhlillər aparın.
• Qruplara bölünərək mətni əhatə edən suallar hazırlayın və cavablandırmaq üçün qarşı
qrupa verin.
• Qruplara bölünün.Müəllimin verdiyi iş vərəqindəki bazis torunda olan nöqsanlara
düzəliş verin.Sonra düzəlişlər ətrafında müzakirələr aparın.
• Cütlüklərə ayrılın. Hərə öz cütlüyünün bədən ölçülərinə əsasən hesablamalar apararaq
bazis torunu qursun.
4.2.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“Müəyyən edilmiş texniki və dekorativ paylara əsasən çertyojun qurulması üçün
hesablamalar aparır”
• Bazis torunun eni necə hesablanır?
• Qabaq hissənin eni necə hesablanır?
• Qolun eni necə hesablanır?
• Boyun nöqtəsindən bel xəttinə qədər olan uzunluq necə tapılır?
• Bazis torunu qurmaq üçün əsas hansı ölçüləri bilmək lazımdı?
• Boyun nöqtəsindən ətək xəttinə qədər olan uzunluq nəyə əsasən hesablanır?
4.3.1. Bazis torunun əsasında geyimin çertyojunu qurur
• Qadın çiyin geyimlərinin əsas ülgü çertyojları
Əvvəlki bölmələrdə siluetin seçilməsi, ölçü göstəricilərinin alınma qaydası, geyimə təsir edən amillər, biçim ülgülərinin qurulmasında əlavə paylar və artırmalar haqqında müəyyən məlumatlar verildi. İndi isə deyilənləri nəzərə alaraq qadın çiyin geyimlərinin biçilməsi üçün ülgü çertyojunun əsasının qurulmasını nəzərdən keçirək.
Ölçü göstəriciləri (ölçüyə və doluluq qrupuna uyğun) cədvəllərdən götürülür ya da fərdi qaydada fiquradan alınır.
Boyun, köks və omba dairələri ölçülərinin yarısı, döşün və kürəyin eni, arxadan bel xəttinin, qabaqdan bel yerinin uzunluğu, sinə nöqtələri arası məsafə, qoldibi dairəsi, qolun, eləcə də tikiləcək məmulatın uzunluğu kağıza yazılır. Sonra biçimin ülgü çertyojunun yarısı qurulur ki, bu da geyim hissələrinin biçilməsi üçün kifayətdir.
Qadın donlarında və donabənzər geyimlərdə oval tikişli qollar birtikişli olduğuna görə qolun çiyin səviyyəsindəki dairəsinin ölçü göstəricisi tam yazılır. Don qolunun ülgüsü bütöv və açılmış vəziyyətdə qurulur. Bundan başqa, modaya uyğun əlavə ölçü göstərici lazım olduğu zaman təkrar ölçmə aparılır.
Misal: birinci doluluq qrupunun ölçüsü 100 sm, omba dairəsi 104 sm, boyu 158 sm olan nümunəvi qadın fiqurasının ölçü göstəricisi əsasında donun ülgü çertyojunu quraq. Bu qayda ilə bütün doluluq qrupları üçün çertyoj qurulur (Şəkil 4.2)
Boy boy 158 sm
Boyun yarımdairəsi Yboy 18, 6 sm
Birinci köks yarımdairəsi Yköks1 47, 0 sm
İkinci köks yarımdairəsi Yköks2 52, 2 sm
Üçüncü köks yarımdairəsi Yköks3 50, 0 sm
Boyun nöqtəsinin hündürlüyü Hboyn 135, 5 sm