Qabaq hissə | a 1 a 2 | E sinə + (Yköks 2 - Y köks 1) | ƏP köks qabaq | E sin + (Yköks 2 - Y köks 1) +ƏP qolyer eni |
Cəmi | A o a 1 | Y köks 3 | ƏP köks | Yköks 3 + ƏPköks 3 |
Cədvəl 4.6
Bazis çərçivəsinin şaquli və üfüqi xətləri geyimin köks xəttindəki ölçüsünü və onun əsas hissəsi olan - arxa hissənin, qol yerinin və qabaq hissənin ölçülərini müəyyənləşdirməyə imkan verir. Yuxarıda göstərilən üfüqi və şaquli xətlərin köməyi ilə geyimin bütün konstruktiv xətlərini çəkmək olar. Beləliklə, ülgü çertyoju çərçivəsinin qurulmasını da öyrəndik. İndi doluluq qrupuna müvafiq fiquraların xüsusiyyətlərindən asılı olaraq əsas ülgü çertyojunu qura bilərik.
• Əsas ülgü çertyojunun bazis konstruksiya xətləri
Biz bütün konstruktiv xətlərin ölçü göstəricilərinin alınması üçün müəyyən edilmiş nöqtələri (fiqurdan, cədvəllərdən), ölçülərin götürülmə üsulunu ətraflı öyrəndik. İndi isə əsas ülgü çertyoju çərçivəsinin qurulmasına lazım olan ardıcıllığı mənimsəməklə, yəni, modeli və modelə uyğun tikiləcək materialı və ya əksinə, mövcud materiala görə modeli seçdikdən; geyimin təyinatına və siluetinə görə əlavə pay və artımların miqdarını, eləcə də modeldə relyefin, dekorativ xətlərin və s. xüsusiyyətlərini bildikdən; geyimin en (arxa və qabaq hissələrin, qol yerinin) və uzunluq (boyun nöqtəsindən döş, bel, omba, ətək xətlərinə qədər olan uzunluq) ölçülərini müəyyən etdikdən sonra məmulatın ülgü çertyojunun bazis çərçivəsi qurulur.
Bazis çərçivəsi bir neçə üfüqi və şaquli xətlərdən ibarətdir (Şəkil 4.1) Bunun köməyi ilə geyimin yarısının ülgü çertyojunu (arxa, qabaq hissələrin), yəni fiqurda gərdən xəttindən (qabaq hissənin orta xəttindən) arxa hissənin orta xəttinə qədər (bədən səthinin yarısının açılmış halında olan sahə) qurula bilər (Şəkil 4.1)
Üfüqi xətlər:
A - boyun xətti (7-ci boyun fəqərə sümüyü səviyyəsi);
K - köks xətti;
B - bel xətti;
O - omba xətti;
Ə - ətək xətti.