• Qruplara bölünün. Geyimdə paylar haqqında təqdimat hazırlayıb təqdimat keçirin və
müzakirə edin.
• Çəkilmiş Venn diaqramının I və III dairəsində texniki və dekorativ payları yazın. Texniki
və dekorativ payları müqayisə edin. Fərqli cəhətləri sağ və sol tərəfdə, oxşar cəhətləri isə
kəsişmə dairəsində yazın.
• Dekorativ payların tətbiq olunduğu modelləri araşdırın və təqdimat hazırlayın.
Araşdırdığınız modelləri təhlil edin.
4.1.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“Eskizə əsasən texniki və dekorativ payları müəyyən edir”
• Geyimin konstruksiyasını hazırlayarkən ölçülərə hansı paylar əlavə edilir?
• Hansı növ payları tanıyırsız?
• Əlavə paylar hansı ölçülərə verilir?
• Dekoratıv paylar nədir?
• Texniki paylar nədir?
• Texniki paylar geyimin hansı sahələrinə verilir.
• Bədənə yatan siluetli don üçün bel və omba yarımdairəsinə ƏPbel və ƏPom nə qədər
əlavə pay verilir?
• Müxtəlif siluetli geyimlərdə arxa ƏPa və qabaq hissənin ƏPq döş xətti sahəsində verilən
əlavə pay geyimlərdə necə dəyişir?
4.2.1. Müəyyən edilmiş texniki və dekorativ paylara əsasən çertyojun qurulması üçün hesablamalar aparır
• İlkin hesabat
Geyimin bazis çərçivəsini qurmaq üçün konstruksiyasının ilkin hesablanması bu
üsulla da müəyyənləşdirilir.
Sahənin adı | Çertyojda işarəsi (Şəkil 2.1) | Köks ölçüsünün sahələrə paylanması | Əlavə payın (ƏP köks 3) sahələrə paylanması | Əlavə pay ilə birlikdə sahənin eni |
Arxa hissə | A o a | E arxa | ƏP arxa eninə | E ar + ƏP arxa eninə |
Qol yerinin eni | a a 2 | Yköks 3 — (Ea + Eq) + + (Yköks 2 — Y köks 1) | ƏPköks 3 - (ƏP arxa+Ə P qol y) |
Y köks 3 [Earxa+ Eqabaq+(Y köks 2
— Yköks 1)] + + [ƏP köks 3 -(ƏParxa eni+ Ə P qabaq eni)] |