“Dərzi işinin planlaşdırılması” modulunun spesifikasiyası
Modulun adı: Dərzi işinin planlaşdırılması |
Modulun kodu: |
Modul üzrə saatlar: 161 |
Modulun ümumi məqsədi: Modulu tamamladıqdan sonra tələbə sifarişçidən qəbul etdiyi modeli bədii layihələndirməyi və modelləşdirməyi bacarır. |
Təlim nəticəsi 1: İş yerini planlaşdırır və hazırlıq işlərini həyata keçirməyi bacarır |
Qiymətləndirmə meyarları |
1. Sifarişçinin tələbinə uyğun mövcud standartlara əsasən hazırlıq işlərini yerinə yetirir; |
2. Modelə uyğun parçanın növünü təyin edir; |
3. Parçaya, rəngə və modanın tələbinə uyğun ipliyi seçir; |
4. Modelə uyğun olaraq furnitur və aksesuarları seçir; |
5. Modelə sərf ediləcək əsas və köməkçi materialları müəyyən edir. |
Təlim nəticəsi 2: Geyimin konstruksiyasının sistem və metoduna əsasən geyimə verilən tələbləri bilir |
Qiymətləndirmə meyarları |
1. Geyimin layihələndirilməsində konstruksiyasının sistemini və metodunu izah edir; |
2. Geyimin layihələndirilməsi zamanı bədii hissəsini təsvir edir; |
3. Geyimin layihələndirilməsi zamanı texniki hissəni izah edir; |
4. Geyimə verilən əsas tələbləri təyin edir. |
Təlim nəticəsi 3: Sifarişçinin istəyinə əsasən geyimin eskizini çəkir və ölçü işlərini həyata keçirməyi bacarır |
Qiymətləndirmə meyarları |
1. Bədən quruluşuna əsasən geyimin siluetlərini müəyyən edir; |
2. İnsanın yaşına və geyimin təyinatına əsasən konstruktiv və dekorativ xətləri göstərir; |
3. Verilən tələbə görə geyimin eskizini hazırlayır; |
4. Ölçü alətlərindən düzgün istifadə etməklə verilən təlimata əsasən ölçü götürür |
5. Ölçüləri qaydalara əsasən yazır. |
Təlim nəticəsi 4: Eskizə əsasən hesablamaları aparmağı və çertyoju qurmağı bacarır |
Qiymətləndirmə meyarları |
1. Eskizə əsasən texniki və dekorativ payları müəyyən edir; |
2. Müəyyən edilmiş texniki və dekorativ paylara əsasən çertyojun qurulması üçün hesablamaları aparır; |
3. Bazis torunun əsasında geyimin çertyojunu qurur; |
4. Modada baş verən dəyişiklikləri çertyojda tətbiq edərək hazırlayır. |