3.4.2. Tələbələr üçün fəaliyyətlər
• Cütlüklərə bölünün. Hərə öz cütlüyünün ölçülərini götürsün.
• “Dərzi sifarişçinin ölçülərini götürür” üzrə rol oyunu təşkil edin.
• Ailə üzvlərindən 2 nəfərin ölçülərini götürün.
• Qruplara bölünərək dairə daxilindəki stullarda əyləşin. Ölçü götürməyə başlayın.
Dairədən kənardakı stullarda əyləşmiş digər qrup onların ölçü götürmələrini yazıya alır,
təhlil edir və öz əks dəlillərini hazırlayırlar. 15-20 dəqiqədən sonra diskussiya dayandırılır,
kənar və daxili dairədən olan tələbələr öz yerlərini dəyişirlər.Onlar əvvəlki iştirakçıların
dəlillərini təkzib etmək üçün diskussiya aparırlar.
3.4.3. Qiymətləndirmə
Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı:
“Ölçü alətlərindən düzgün istifadə etməklə verilən təlimata əsasən ölçü
götürür”
• Ölçü götürən zaman hansı şərtlərə əməl olunmalıdır?
• Hansı ölçülər əsas ölçülərdir?
• Köks dairəsi neçə cür ölçülür?
• Kürəyin eni necə ölçülür?
• Ön və kürəyin uzunluğu necə ölçülür?
• Omba dairəsi necə ölçülür?
• Neçə omba dairəsi ölçüsü var?
3.5.1. Ölçüləri qaydalara əsasən yazmağı bacarır
• Ölçülərin yazılışı
Ölçü götürüldükdə dairə - D; yarımdairə - Y; hündürlük - H; məsafə - M; Boy -
B; uzunluq - U; enlilik - E; diametr - D hərfləri ilə işarə edilir.