36. Kürəyin eni - Ek (Şəkil 3.16, i-47): kürəyin üstü ilə qoltuqaltının arxa qövslərinin küncləri arasındakı məsafədir.
37. Baş dairəsi - Dbaş (Şəkil 3.16, g-48): peysərin ən qabarıq nöqtəsindən alının mərkəzinə kimi dairəvi ölçülür. Lent qabaq tərəfdə qapanmalıdır.
38. Bel xəttindən oturacaq müstəvisinə qədər olan hündürlük - Hot (Şəkil 3.16, k-49): yandan şaquli bel xəttindən oturacaq müstəvisinə kimi ölçülür. Oturacaq müstəvisinin səthi bərk olmalıdır.
39. Qatlanmış halda diz dairəsini - Ddiz (Şəkil 3.16, k-50) ölçmək üçün lenti diz bükümündən keçirib diz nöqtəsində qapamaq lazımdır. Diz 900 bucaq altında qatlanmalıdır.
40. Boyunun eninə diametri - dboy eni (Şəkil 3.16, j-54) qabaqdan boyunun özül nöqtələri arasındakı məsafədir.
41. Qolun qabaq-arxa diametri - d qol qa (Şəkil 3.16, g-57) qoltuq altından arxa qövs səviyyəsinə qədər üfüqi ölçülür.
42. Qolun dirsəyə qədər olan uzunluğu - Uqol dir (Şəkil 3.16, ə-62) çiyin nöqtəsindən mil sümüyü nöqtəsinə qədər götürülür.
43. Qolun biləyə qədər olan uzunluğu - Uqol bil (Şəkil 3.16, ə-68) çiyin nöqtəsindən biləyə qədər olan məsafədir.
44. Qolun şaquli diametri - Dqol şaq (Şəkil 3.16, a-11) qolun arxa küncündən çiyin nöqtəsi arasındakı məsafədir.
45. Boyun nöqtəsindən dizə qədər olan uzunluq - Uq diz (Şəkil 3.16, a-70) boyunun özül nöqtəsindən diz nöqtəsinə qədər olan məsafədir.
46. Gövdənin vəziyyəti (durumu) - Gvəz (Şəkil 3.16, g-74) üfüqi halda boyun nöqtəsindən kürəyin şaquli müstəvisinə qədər olan məsafədir. Şaquli müstəvi kürəyin hər iki çıxıntısına toxunmalıdır.
47. Arxadan çiyin kəmərinin qövsü - Ca qov (Şəkil 3.16, i-75) kürəkdə çiyin nöqtələri arasındakı məsafədir.
48. Paça qövsü - Pa qov (Şəkil 3.16, m-77) qabaqdan və arxadan bel xəttinə qədər olan məsafədir. Ölçərkən arxadan lent ombanın çıxan nöqtələri üstündə qoyulmuş iki santimetr enində nazik taxta lövhənin üstü ilə şaquli istiqamətdə aparılır.
49. Bel yerinin birinci çökəkliyi - Belç1 (Şəkil 3.16, b-78) kürək çıxıntılarına söykənmiş şaquli lövhə ilə bel xətti səviyyəsində uzununa bel əzələlərinə qədər olan məsafədir. Üfüqi istiqamətdə xətkeşlə ölçülür.
50. Bel yerinin ikinci çökəkliyi (dərinliyi) - Belç2 (Şəkil 3.16, ç-79) omba nöqtələrinə şaquli vəziyyətdə söykənmiş lövhə ilə bel xətti səviyyəsində uzununa bel əzələlərinə qədər olan məsafədir. Üfüqi istiqamətdə xətkeşlə ölçülür.
51. Məmulatın uzunluğu - U məm modaya müvafiq seçilir