16. Bud yarımdairəsini - Ybud (Şəkil 3.16, ç-21) ölçərkən lentin üst tərəfi üfüqi istiqamətdə sarğı bükümünə toxunaraq bud ətrafına dolandırılır və yan səthdə qapanır.
17. Diz yarımdairəsini - Ydiz (Şəkil 3.16, ç-22) ölçərkən lent üfüqi vəziyyətdə diz nöqtəsi səviyyəsində dolandırılır və yan tərəfdə qapanır.
18. Baldır yarımdairəsini - Ybal (Şəkil 3.16, ç-23) ölçərkən lent baldırın ən dolu yerinə üfüqi istiqamətdə dolandırılır və diz tərəfdə qapanır.
19. Yan tərəfdən bel xəttindən döşəməyə qədər olan məsafə - Mybel
(Şəkil 3.16, d-25); bel xəttindən budun qabarıq yerinin üstü ilə döşəməyə qədər ölçülür.
20. Qabaq tərəfdən bel xəttindən döşəməyə qədər olan məsafə - Mqbel (Şəkil 3.16, d-26); bel xəttindən qarının çox çıxan yerinin üst tərəfi ilə şaquli olaraq döşəməyə qədər ölçülür.
21. Qoltuqaltı səviyyədə qol dairəsi - Dqol (Şəkil 3.16, ə-28); çiyin oxuna perpendikulyar ölçülür. Lentin üst tərəfi qoltuqaltının arxa qövsünə toxunmaqla qolun üz tərəfində qapanır.
22. Bilək dairəsini - Dbil (Şəkil 3.16, ə-29) ölçərkən lent bazuönü oxuna perpendikulyar mil sümüyünün başına dolandırılmaqla qolun üst səthinə qapanır.
23. Əl dairəsi - Dəl (Şəkil 3.16, ə-30) ölçərkən lent əl darağındakı birinci barmaq sümüyünün oynağından əl oxuna perpendikulyar keçməklə əlin üst səthində qapanır. Bu halda, birinci barmaqla qabaq-qabağa tutulan on barmaq 30-35° aralı saxlanır.
24. Çiyinin maili eni - Eçiy (Şəkil 3.16, ə-31): boyunun özül nöqtəsindən (çiyinin ortası ilə) çiyin nöqtəsinə kimi ölçülür.
25. Qabaqdan qol yerinin hündürlüyü - Hq qol (Şəkil 3.16, f-34): boyun nöqtəsindən birinci döş yarımdairəsinin xəttinə kimi ölçülür. Bu halda, lent boyunun özül nöqtəsindən keçməlidir.
26. Döşün hündürlüyü - H döş(Şəkil 3.16, f-35): boyun nöqtəsindən başlayıb boyunun özül nöqtəsindən keçməklə büstün qabarıq nöqtəsinə (qadında) və ya döş nöqtəsinə (kişidə) qədər ölçülür.
27. Qabaqdan bel xəttinə qədər olan uzunluq -U qab bel (Şəkil 3.16, f-36): boyun nöqtəsindən və boyunun özül nöqtəsindən keçməklə qadınlarda büstün qabarıq nöqtəsindən, kişilərdə isə döş nöqtəsinin üstündən (orta saqital xəttinə paralel) bel xəttinə qədər ölçülür -34, 35, 36 ölçü göstəriciləri eyni vaxtda götürülür.
28. Qabaqdan qol yerinin çəpinə hündürlüyü - Hq qol çəp (Şəkil 3.16, f-37): boyun və boyunun özül nöqtəsindən keçməklə, qoltuqaltının arxa qövs səviyyəsindən, qabaq qövsünə kimi ölçülür. Qoltuqaltının arxa qövs səviyyəsini müəyyən etmək üçün qoltuğun altına yatırılmış halda 2 sm enində nazik taxta lövhə qoyulur.
29. Çiyin oynağının yuxarı nöqtəsindən keçən qövs - Çqövs (Şəkil 3.16, g-38): şaquli müstəvidə qoltuqaltının arxa qövsü küncündən və qol oynağının yuxarı nöqtəsindən keçməklə qoltuqaltının qabaq qövsünün küncünə kimi ölçülür.
30. Arxadan qol yerinin hündürlüyü - Ha qol (Şəkil 3.16, h-39): boyun nöqtəsinin birinci və ikinci döş yarımdairəsini göstərən lentin üst tərəfinədək ölçülür.
31. Arxadan (kürək qabarığını nəzərə almaqla) bel yerinin uzunluğu - Ua bel (Şəkil 3.16, h-40): boyun nöqtəsindən kürək çıxıntısının üstünə qoyulmuş 2 sm enində nazik lövhənin üstündən fəqərə sütunu boyunca bel xəttinə qədər ölçülür.
32. Arxadan çiyinin maillik hündürlüyünü - Ha çiy (Şəkil 3.16, h-41) tapmaq üçün çiyin nöqtəsindən bel xəttində fəqərə sümüyünə qədər olan ən qısa məsafə ölçülür. 40 və 43 ölçü göstəriciləri eyni zamanda götürülür.
33. Arxadan boyunun özül nöqtəsindən bel xəttinədək olan uzunluq - Ua bel (Şəkil 3.16, h-43): boyunun özül nöqtəsindən fəqərə sütununa paralel olmaqla, bel xəttinə qədər ölçülür.
34. Sinənin eni - Ed (Şəkil 3.16, j-45): qadınlarda qoltuqaltının qabaq qövsləri arasındakı məsafə büstün özül nöqtələrinin üstü ilə aparılır. Kişilərdə qoltuqaltının qabaq qövslərinin arasındakı məsafə ölçülür.
35. Döş nöqtələri arasındakı məsafə - Mdöş (Şəkil 3.16, j-46): qadınlarda döşün qabarıq nöqtələri arasındakı məsafədir.