olan şalvar və yubkalar. | ||
Enli çanaq | Uzunluq boyunca eyni enlikdə olan şalvar, yubkalar. | Büzməli ətəklər.Üstdən qoyma ciblər. |
Çanaq əzələlərin normadan artıq çıxıntısı | Bədənə az yapışan sərbəst biçimli geyimlər. | Ensiz, bədənə yapışan bel dayaqlı geyimlər. |
Qısa ayaqlar | Alt və üst hissələri eyni rəngli kostyumlar, corablar və ayaqqabı eyni rəngdə. | Ətək hissəsində enli manjetli şalvarlar.Uzun jaket və pencəklər. |
Cədvəl 3
Usta sifarişçinin bədən quruluşunu, rəngini, yaşını nəzərə alaraq modelin seçilməsində ona köməklik göstərməlidir. Beləliklə, geyimin yaradılma mərhələsinin bütün hallarında ustanın yaradıcılıq obyekti insan bədəni olur. Əlbəttə, həmişə ideal bədən quruluşu olmayan insanlara geyim hazırlamaq olmur. Müəyyən qüsurları aradan qaldırmaq üçün təxminən belə bir cədvəl tərtib etmək olar. Bu cədvəl vasitəsilə qüsurları vizual olaraq düzəltmək, daha yaraşıqlı görünə biləcək geyim formaları yaratmaq olur.
3.3.2. Tələbələr üçün fəaliyyətlər
•
Hər bir qrupda iştirak edənlər geyindikləri geyimin eskizini hazırlasın.
•
Tələbələr “Şəhərimizdə ən çox rast gəlinən qadın fiquraları” haqqında
müzakirələr aparsın.
•
Qruplara bölünün.”Mütənasibliyə uyğun olmayan bədən quruluşu“ təsvir olunmuş iş vərəqindəki
fiquraya uyğun geyim çəkin. Qruplar öz işlərini bitirdikdən sonra müzakirələr aparsın.
•
Qruplara bölünərək müxtəlif bədən quruluşu üçün bir neçə eskiz hazırlayın. Qruplar
hazırladıqları eskizləri lövhədən asaraq müzakirələr aparsın.
3.3.3. Qiymətləndirmə
Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı:
“Verilən tələbə görə geyimin eskizini hazırlayır”
•
Dərzi sifarişçiyə eskizi hazırlamaq üçün hansı məsləhətləri verə bilər?
•
Enli çiyinli xanımlar üçün geyim eskizi çəkərkən hansı detallardan uzaq olmaq lazımdır?
•
Bel xətti yuxarıda olan xanımlar üçün hansı formalı geyim eskizi hazırlamaq olar?
•
Büzməli ətəklər, üstdən qoyulma ciblər hansı bədən quruluşuna məsləhət görülmür?
•
Çiyni və sinəsi kiçik olan xanımlara necə geyinmək məsləhət görülür?