Eyni uzunluqda olan iki düz xətdən birinin uclarını haça, digərinin uclarını qapalı göstərsək (Şəkil 3.15 b), eyni uzunluqda olan xətlərdən birinci uzun kimi görünəcəkdir.
Ona görə ki, onların uzunluqları, uclarının uzunluqları ilə bərabərləşdirilməklə müşahidə edilir. Deməli, bu halda təkrarlanma və ya bərabərləşdirmə illüziyası təsir göstərir.
Məsələn, baş geyimini və ya yaxalığı seçdikdə üzün quruluşu nəzərə alınmalıdır, yəni, bu hal təkrarlanmamalıdır.
Əgər üzün quruluşu uzun olarsa, onda qalpağabənzər şlyapa və ya boyun yeri kəsiyini uzadılmış formada istifadə etmək olmaz. Çünki, bu üzün quruluşunun daha da uzun görünməsi təəssüratını yaradacaqdır.
Daha bir nümunə: Şəkil 3.15-də verilmiş illüziya görünüşünü nəzərdən keçirək.
Mərkəzdə olan eyni ölçülü dairə xırda və böyük ölçülü dairələrin əhatəsində olduqda müxtəlif ölçülü dairə təəssüratı bağışlayacaqdır (Şəkil 3.15 v).
Başqa nümunədə, AB arasındakı məsafə BC arasındakı məsafədən az görünür, halbuki hər iki variantda məsafə eynidir. AB = BC (Şəkil 3.15 q).
Şəkil 3.15 d-də iki eyni uzunluqda olan sahələrdə ştrixlə doldurulmuş sahə doldurulmayan sahəyə nisbətən uzun görünür.
Şəkil 3.15 e -də göstərilən üçbucağın hündürlüyü yarıya bölünüb, lakin elə təəssürat yaranır ki, zirvəyə tərəf olan hissəsi qısadır.
Darağın hündürlüyünə nəzər saldıqda (Şəkil 3.15 j) adama elə gəlir ki, hündürlüyü enindən çoxdur, halbuki eyni ölçüyə malikdir. Əgər onu yana döndərsək illüziya yox olacaqdır.
İki eyni ölçülü əyrini (Şəkil 3.15 z) müşahidə etdikdə sağ tərəfdəkinin soldakına nisbətən qısa göründüyünü müşahidə edirik.
Bütün yuxarıda göstərilən təəssüratları dərk etməklə fərdi fiqur üçün model hazırladıqda bunlardan istifadə etmək olar.
Model seçdikdə müxtəlif müşahidə illüziyalarından istifadə etməklə boyu uzatmaq, insan fiqurunu enliləşdirmək və ya ensizləşdirmək mümkündür.
Fasonda üfüqi-eninə xətlər, məsələn, kəsik bel yeri xətti, kəmər, koketka, ətəklik, üfüqi xətlər relyefə bənzər, qasma, volan (qırçın) boyun qısaldılmış illüziyasını yaradır.
Ətək və jaketdən, bluzka və ətək, ətək-jiletdən ibarət olan kostyumda boyu qısaldır (yaxşı olar ki, təzad rənglər seçilsin). Uca boylu qadına çox qısa don hazırlamaq məsləhət deyil.
3.2.2. Tələbələr üçün fəaliyyətlər
• “Geyimin modelləşdirilməsində xətlərin rolu” haqqında təqdimat hazırlayın.
Təqdimat fərdi və ya qrup şəklində hazırlana bilər.
• Qruplara bölünərək mətni əhatə edən suallar hazırlayın və qarşı qrupa cavablandırmaq
üçün verin.
• 4 qrupa bölünün.Hər qrup lideri müəllim tərəfindən bölünmüş mətnin bir hissəsini
oxuyub qavramaqla öyrəndiyi hissəni öz qrupuna danışsın.
• Geyimdə illüziya haqqında müzakirəvə müzakirələr təşkil edin.
• 3 qrupa bölünün.Hər üç qrupa “Dolu bədənli qadınlar üçün geyimin xüsusiyyətləri”,
”Mütənasib fiqurası olmayan qadınlar üçün geyimin xüsusiyyətləri” və “İncə qadınlar üçün
geyimin xüsusiyyətləri” tapşırıqları yazılmış iri kağızlar paylanır. 20 dəqiqə ərzində
tədqiqat apararaq verilmiş tapşırıqları yerinə yetirin. Vaxt bitdikdə hər üç qrup tərəfindən
seçilmiş liderlər öz tədqiqatlarını nümayiş etdirdikdən sonra müzakirələr təşkil edin.