Kiçik ölçülü çevrə böyük ölçülü çevrənin yanında daha kiçik ölçü təəssüratını yaradacaq, lakin həmin çevrə orta ölçülü çevrənin yanında olanda əvvəlki kimi çox kiçik təəssüratı bağışlamayacaq. Deməli, müqayisədə hər iki halda kontrastlıq kəskin müşahidə olunur.
Elə ona görə də dolu fiqurası olan qadınlar üçün geyimləri modelləşdirdikdə kip yatan siluetli model layihələndirmək məsləhət deyil. Belə halda, kip yatan siluetli donla dolu fiqura arasında kontrast (təzad) alındığından fiquranın daha da dolu olması təəssüratı yaranır.