• Həyatda və geyimdə illüziya təəssüratı
Məlumdur ki, müşahidə illüziyası mövcuddur. Geyimi modelləşdirdikdə ondan istifadə edilir. Görünmə illüziyasının qanununu bildikdə insan fiqurunda qısaltma və ya uzadılma, enləndirmə və ya ensizləşdirmə, eləcə də bəzi qüsurların gizlədilməsi təəssüratını yaratmaq mümkündür. Fərdi fiqurlar üçün model seçdikdə müvafiq qaydada bu amilləri tətbiq etməklə istədiyimiz effekti əldə etmək olar.
Məsələn: Şəkildə iki eyni düzbucaqlı göstərilmişdir. Onların birinin ortasından uzununa şaquli, digərində isə eninə üfüqi düz xətt çəkilmişdir. Əgər onları müqayisə etsək elə təəssürat yaranar ki, birinci ensiz və uzundur, ikincisi isə ensiz və qısadır. Yəni, uzununa şaquli çəkilmiş xətt fiquru uzadır və qamətli göstərir.
Həmin ölçüdə fiqura eninə bir və ya bir neçə üfüqi xətt çəkdikdə siluetdə (Şəkil 3.13 ) enlilik təəssüratı yaranır.
Əgər iki eyni qara və ağ kvadrat götürüb, qaranı ağ fonda, ağ kvadratı qara fonda yerləşdirsək, ağ kvadratın qara fonda çox yer tutduğu təəssüratı yarandığından böyük illüziyası yaradır (Şəkil 3.14).
Bundan başqa, ağ fiqur qara fonda, qara fiqur isə ağ fondakına nisbətən daha iri görünür (Şəkil 3.14).
Təkrar olunan və kontrast (təzad təşkil edən) illüziya da mövcuddur. Kontrast illüziya təzad təşkil etməklə yanaşı, ziddiyyət də yaradır. Məsələn, üç müxtəlif ölçülü çevrə götürək (Şəkil 3.15 a).