• Horizontal xətlər - modelin davamlı olaraq statikliyini təmin edir.Vizual olaraq fiqur kiçilir.
Müasir geyimlərdə horizontal xətlərin öz yerini tutmağı dəblərin dəyişməsindən asılı olaraq özünü büruzə verir.
• Diaqonal xətlər, sərbəst-hamar və əyri xətlər.modelə dinamiklik, hərəkətlilik verir. Bu xətlər asimmetrik formalı detallarla geyimlərin modelləşdirilməsində daha çox istifadə olunur.
Müasir geyimlərdə bu cür xətlər yumşaq və bərk qatlamalarda və drapirovkalarda istifadə olunur. Onlar öz axıcılığı və yumşaqlığı ilə modelləri çox fərqləndirir. Bu cür xətlərlə müxtəlif çeşidli modellər hazırlamaq mümkündür.
Bu, hamar-sərbəst və əyri xətlərlə relyef tikişlərində, dairəvi koketkalarda, yumşaq qatlamalı geyimlərdə və s. istifadə olunur.
• Qadın qamətinin müxtəlifliyindən asılı olaraq geyimdə xətlər
Biçim formalarından ən geniş yayılmışı ciddi formadır. Ona görə də donun konstruksiya edilməsində bu forma əsas götürülür. Donun müxtəlif biçim formalarından istifadə edərək kor-koranə model seçmək olmaz.