Digər şəkildə, modelin arxa hissəsində düz siluet üzərində konstruksiya tikişləri qarsaqlar bu formanın növbəti kompozisiya həllində əsas göstərilmişdir.
Müstəsna hallarda, əsas konstruksiya tikişləri modelin fason həllində iştirak etməyən, dekorativ əhəmiyyətli, cəlbedici şəklə çevrilir.Məsələn: Çiyin tikişləri ön tərəfə köçürülərək lentlərlə, bəzək tikişləri ilə bəzədilmişdir.
Hər hansı bir paltonun yan tikişi enli qatlama üzərində üst tikişi, qollarda üst tikişlər, ətəkdəki (yubkada) tikişlər dekorativ bəzək tikişləri ilə əvəz olunur. Bunlar qarsaqlara, büzmələrə, qırçınlara və s. aiddir.
• Geyimlərin modelləşdirilməsində tikiş xətlərinin estetik mahiyyəti
Dəbdə vaxtaşırı bu və ya digər xətlər özünü daha qabarıq şəkildə göstərir.
İstər siluet xətlərinə, kontur xətlərinə, istərsə də modelin daxili kompozisiyasının həllinə kömək edəcək xətlərə nəzər yetirək.
• Geyimdə şaquli xətlər
Bu xətlər geyimə mütənasiblik, həcm, ciddilik verir.İnsan bədənini vizual olaraq uzadır.Şaquli drapirovkalar (qatlar) geyimdə əsas hissəni təşkil edir (şəkil 10).