2. Bəzək tikiş xətləri.
Əsas tikiş xətlərinə çiyin xətləri, yubkanın (ətəyin) və lifin tikiş xətləri, qolun aşağı və yuxarı tikiş xətləri daxildir.
Geyimə forma vermək üçün lazım olan konstruksiya tikişlərindən başqa, istifadə olunan qarsaqlar dekor-konstruksiya tikiş xətləri ola bilər. Konstruksiya xətlərinə çiyin xəttində, yan tikiş xəttində, bel tikiş xəttində, qol oyuğunda yerləşən qarsaqlar misal ola bilər.
Formanın əmələ gəlməsində iştirak edən konstruksiya xətləri və qarsaqlar təkrar olduğu üçün göz öyrəşir və onlar fason xətləri kimi deyil, forma yaradan xətlər kimi qəbul edilir.
• Konstruktiv bəzək-tikiş xətləri
Geyimin modelləşdirilməsi zamanı geyim estetik normalara cavab verməlidir. Kompozisiyanın həllində konstruksiya xətləri və dekorativ-konstruksiya xətləri bir araya gəlməlidir.
Konstruksiya xətlərinin özəlliyi ondan ibarətdir ki, geyim formasının yaranmasında iştirak edir. Konstruksiya-dekor, tikiş xətlərinə müxtəlif bəzək furniturları ilə tərtibat vermək olar.
• Dekor-bəzək xətləri əmələ gətirən tikişlər forma və fasonların yaranmasında həlledici rol oynayır.Müxtəlif furniturlardan (merejkalar, tikmələr, muncuqlar və s.) başqa kontur xətli detallardan -yaxalıqlar, qolçaqlar, ciblər, kəmərlər və s. istifadə olunur.
Ümumiyyətlə, geyimin modelləşdirilməsi zamanı baza əsasına dəyişiklik etmədən, tikiş və qarsaqlara xələl gətirmədən kompozisiyanı həll etmək lazımdır. Şəkildə relyef tikişlərinə dekorativ elementlər (yaxalıq, qolçaq, cib)əlavə olunan bir model var.