3.1.2. Tələbələr üçün fəaliyyətlər
• Stolun üstündəki siluet adı yazılmış ağ kağızlardan birini götürüb silueti
xüsusiyyətləri ilə təsvir edin.
• Çəkilmiş Venn diaqramının I və III dairəsində sərbəst və bədənə qismən yatan siluet
yazın. Bu siluetləri müqayisə edin. Fərqli cəhətləri sağ və sol tərəfdə, oxşar cəhətləri isə
kəsişmə dairəsində yazın.
• Cütlüklərə ayrılın. Hərə öz cütlüyünün geyiminin siluetini təyin etsin.
• Müəllim tərəfindən lövhədə dairənin mərkəzində yazılmış “siluet” anlayışı ilə bağlı söz
və ya ifadələr söyləyin. Mərkəzdə yazılmış anlayışdan başlayaraq hər növbəti söz onunla
əlaqəli olmalıdır. Sonra fikirlər ətrafında müzakirə aparın.
3.1.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“Bədən quruluşuna əsasən geyimin siluetlərini müəyyən edir”
• Siluet nədir?
• Hansı siluetləri tanıyırsınız?
• Sərbəst siluetli geyimlərin hansı xüsusiyyətləri var?
• Bir neçə müxtəlif fasonlu geyimi bir siluetdə layihələndirmək olarmı?
• Müasir modada hansı siluet dəbdədir?
3.2.1. İnsanın yaşına və geyimin təyinatına əsasən konstruktiv və dekorativ xətləri göstərir
• Geyimin modelləşdirilməsində xətlərin xarakteri və təsnifatı
Geyimin yaranmasında üç növ xətt böyük rol oynayır: düz xətlər, əyri xətlər,
qırıq xətlər.
Bu xətlər özləri də üç əsas hissəyə bölünürlər:
1. Konstruksiya xətləri
2. Dekorativ konstruksiya xətləri
3. Dekorativ bəzək xətləri
Hər bir geyim formasının yaranmasında iştirak edən tikişləri bilavasitə konstruksiya xətləri əmələ gətirir. Bu xətləri icbari olaraq iki yerə bölmək olar:
1. İşlək konstruksiya tikiş xətləri.