2.3.2. Tələbələr üçün fəaliyyətlər
• Cütlüklərə ayrılın. Hərə öz cütlüyünün geyiminin texniki təsvirini hazırlasın.
• Qruplara ayrılın. Müəllimin verdiyi iş vərəqlərində çəkilmiş geyim eskizinin texniki
təsvirini hazırlayın.
• 2 qrupa bölünün.Hər iki qrupa müxtəlif geyimin texniki təsviri yazılmış iri kağızlar
paylanır. 20 dəqiqə ərzində verilmiş tapşırıqları yerinə yetirin. Vaxt bitdikdə hər iki qrup
tərəfindən seçilmiş liderlər öz tədqiqatlarını nümayiş etdirdikdən sonra müzakirələr təşkil
edin.
• Rol oyunu təşkil edin. Dərzi müştərinin verdiyi texniki təsvirə əsasən geyimin eskizini
çəkir.
• Moda evindən mütəxəssis dəvət edin və geyimin hazırlanma prosesinə aid müxtəlif
suallar hazırlayaraq onlardan müsahibə götürün.
2.3.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“Geyimin layihələndirilməsi zamanı texniki hissəni izah edir”
2.4.1.Geyimə qoyulan əsas tələbləri təyin edir
• Geyimdə tələblər
Geyim insan həyatında böyük rol oynayır.İnsanın işləmə qabiliyyətinə, əhvalının yaxşı olmasına təsir edir.
Geyimlə bağlı tələblər aşağıdakılardır:
• Gigiyenik tələblərə - geyimin hiqroskopikliyi, istiliyi mühafizə etməsi və ötürməsi, toz yığması, hava, buxar və su keçirməsi daxildir.
• Hiqroskopiklik - geyimin havadan rütubəti çəkmə və nəmi (təri) ətrafa ötürmə qabiliyyətidir. Yun, ipək, pambıq və kətan parçalardan tikilən geyimlərin hiqroskopikliyi çox, sintetik parçalardan hazırlanan paltarlarda isə nisbətən azdır.
• Havakeçirmə - insan bədənini təmiz hava axınını ilə təmin edib, ondan (bədəndən) ayrılan karbon anhidridini ətraf mühitə ötürmə qabiliyyətidir. Ən çox hava keçirən geyimlərə alt geyimləri, yay paltarları, ən az hava keçirənlərə isə kostyum və palto misal ola bilər.
• İstilik mühafizəsi - ətraf mühitin təsirindən (soyuq, külək, yağış və s.) insan bədəninin geyimlə qorunmasıdır. Əyinə geyilmiş paltarlar arasında müəyyən hava qatı alınır ki, bu da istiliyi pis keçirir. Ona görə də parçaların məsamələrində hava nə qədər çox olarsa, geyimin istiliyi mühafizə qabiliyyəti də bir o qədər çox olar, yəni üzü xovlu, tüklü, yaxud strukturu boş olan parçalara nisbətən səthi hamar olan parçalardan tikilən geyimlər istiliyi pis saxlayır. Ən yaxşı istilik saxlayan parçalar yun parça və xəzdir.
• İstilikötürmə - geyimin istiliyi ötürmə xassəsidir. Parçadakı liflərin xassəsindən və toxunma sıxlığından asılıdır. Boş strukturlu parça istiliyi zəif keçirir, amma yaxşı mühafizə edir.