Bu aksentlər geyimdə formanın, onun kompozisiya təşkilinin və müxtəlif növlərinin inkişafına təkan verir. Çox gözəl yaradılmış geyimə tamaşaçı bütün tərəflərdən baxmaq istəyir, onun baxışları bir formadan digərinə yönəlir.
Bununla əlaqədar olaraq, geyim formasının bütün xətlərini, yəni siluetin kontur xətlərini daxili hissələrin konstruktiv xətləri ilə uyğunlaşdırmaq lazımdır. Bu zaman geyimin xətlərini bədənin təbii xətlərinə, eləcə də insan hərəkətlərinə plastiklik verən xətlərə tabe etmək lazımdır. Rəssam həmişə xatırlamalıdır ki, modelləşdirilən formanı özü üçün deyil, yaradıcılıq obyekti olan insanın gözəlliyi üçün hazırlayır.
Sancaqlama üsulunun əsas qaydalarından biri liflərin istiqamətini bədənin quruluşuna düzgün yerləşdirmək, qarsaq və tikişlərin məmulatda istiqamətləndirilməsidir.
Üç əsas qayda vardır:
1. Manekendə ayrı-ayrı hissələrin-tələb olunan formaya görə sancaqlanması.
2. Kombinə edilmiş şəkildə - əsas üzərində olan (lifə, qola, yaxalığa görə) ətək getdikcə formanı tələb olunan yerdə dəyişir.
3. Bütöv parça üzərində lazımi təzə formanı yaratmaq. Bu cür sancaqlama metodu böyük bilik və bacarıq tələb edir.
Bu üsulla təcrübəli konstruktor mürəkkəb formalı geyimlər yaradır.
Bu zaman konstruktora köməkçi əşyalar - maneken, açıq rəngli, sapı və toxunuşu bəlli olan material, müxtəlif iynə və sancaqlar, yumşaq kağız, rəngli karandaşlar, xətkeş, kəsici alətlər və s. lazımdır.
2.1.2. Tələbələr üçün fəaliyyətlər
•
Lövhəyə yazılmış mövzuya aid söz, məsələn “mulyaj” söz ilə bağlı fikirlər söyləyin
və lövhəyə yazın. Fikirləri təhlil edin.
•
4 qrupa bölünün.Hər qrupun lideri müəllim tərəfindən bölünmüş mətnin bir hissəsini
oxuyub qavramaqla öyrəndiyi hissəni öz qrupuna danışır.
•
Geyimi mulyaj üsulu ilə hazırlamaq üçün hansı bilik və bacarıqları bilməli olduğunuzu qeyd edin.
•
Rol oyunu təşkil edin: dərzi mulyaj üsulu ilə geyimi modelləşdirir.
•
Qruplara bölünərək mətni əhatə edən suallar hazırlayın və cavablandırmaq üçün qarşı qrupa verin.
2.1.3.
Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“Geyimin layihələndirilməsində konstruksiyanın sistem və metodunu izah
edir”
•
Geyim məmulatının konstruksiyasına qoyulan tələblər hansılardır?
•
Konstruksiyada hansı sistemləri tanıyırsınız?
•
Mulyaj nədir?
•
Neçə qrafik hesablama üsulu var və hansılardır?
•
Mulyaj üsulundan nə zaman istifadə olunur?
•
Mulyaj üsulu ilə geyim hazırlayan mütəxəssis nəyi bilməlidir?