Şəkil 1.9 Zəncirbənd
Qarmaqlar üst və yüngül geyimlər üçün olur. Şalvar üçün qarmaqlar poladdan və teldən hazırlanır.Üst və yüngül geyimi tikərkən donlar üçün nəzərdə tutulmuş qarmaqlardan istifadə olunur. Xəz paltarlar üçün uzunluğu 24 mm olan ən böyük ölçülü (№2) ; palto üçün - №3 (20 mm); qadın və uşaq geyimləri üçün №6 (11 mm) və ya №7 (9 mm) qarmaqlar istifadə olunur.
Şəkil 1.10 Qarmaqlar
1.4.2. Tələbələr üçün fəaliyyətlər
• Qruplara bölünün. Hər bir qrupda iştirak edənlərin geyindikləri geyimin
furniturlarını müzakirə edin.
• Müəllim tərəfindən lövhədə dairənin mərkəzində yazılmış “furnitur” anlayışı ilə bağlı
söz və ya ifadələr söyləyin. Mərkəzdə yazılmış anlayışdan başlayaraq hər növbəti söz
onunla əlaqəli olmalıdır. Sonra yazılan fikirlər ətrafında müzakirə aparın.
• “Furnitur” haqqında təqdimat hazırlayın.Təqdimat fərdi və ya qrup şəklində hazırlana
bilər.
• Qruplara bölünün.Müəllimin verdiyi furnitura aid suallar yazılmış kağıza cavablar yazın.
Hər bir qrupun yazdığı cavabları lövhədən asın və müzakirə aparın.
• Rol oyunu təşkil edin: furnitur mağazasında satıcı müştəriyə geyim məmulatına əsasən
furnitur seçməkdə yardım edir.
1.4.3. Qiymətləndirmə
Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı:
“Modelə uyğun furnitur və aksessuarları seçir”
• Furnitur nədir?
• Hazırlanma materialına görə hansı növ düymələri tanıyırsınız?
• Palto üçün hansı qalınlıqlı düymələr uyğundur?