Qadın geyimlərində düymə (palto, jaket və donlarda) müxtəlif formada və bəzəkli istehsal olunur: yastı (girdə, oval formasında, üç və dörd bucaqlı, üz tərəfi müxtəlif cür bəzədilməklə-hamar, qabarıq və ya relyefli naxışla), şarabənzər, silindrşəkilli və s.
Əgər kişi geyimlərində düymə əsasən geyim tikilən parçanın rənginə münasib seçilirsə və onlar düymələmək üçün nəzərdə tutulursa, qadın geyimlərində isə düymə düymələməklə bərabər, əsasən don və üst köynəyində nəinki bağlamaq və bəzəmək funksiyasını icra edir, həm də rənginə, ölçüsünə, eləcə də məmulatın modelindən asılı olaraq formasına görə də seçilir.
Şalvar üçün metal düymə iki ölçüdə (diametri) 14 və 16, 5 mm istehsal karbonu aşağı poladdan olur.Onun qalınlığı 3, 5 və 4 mm, dörd deşikli olur.Onlar, soyuq prokat olmuş, qalınlığı 0, 2-0, 25 mm olmaqla aşağı karbonlu polad lentdən ştamplama üsulu ilə hazırlanır.
Şəkil 1.7 Düymələr
Xarici görünüşünə görə düyməyə oxşayan basmadüymə yayın vasitəsilə rahat və tez açılıb bağlanır.Əsasən metaldan hazırlanır.Lakin, yüngül geyimlərdə plastmas basmadüymələr çox geniş istifadə olunur. Basmadüymələr iki növ olur: parça üzərinə tikilən və parçaya keçirilən.
Şəkil 1.8 Basmadüymələr
Zəncirbənd - iki lentdən və bağlayıcıdan ibarət olur.Zəncirbənd bağlamasına görə plastmas spiral şəkilli, trakror, metal dişli olur. Zəncirbəndin növləri: bir bağlayıcısı və hissələrə ayrılma məhdudlayıcısı olan, iki bağlayıcısı olan və hissələrə ayrıla bilən.
Tikiş məmulatlarının bir çox növlərində istifadə olunur.Müasir modada zəncirbənddən dekorbəzək kimi də istifadə edilir.Hətta onlardan bir çox bəzək aksessuarları da hazırlanır.