baxya tikişi və ilgək üçün elastik dekorativ № 30 | |||
Parça olmayan | Dəri, zamşa (təbii və süni), fetr | 90-100 yastı ucluqlu | Universal və qalın |
Cədvəl 1.1
1.3.2. Tələbələr üçün fəaliyyətlər
• Lövhəyə yazılmış mövzuya aid, məsələn “şəffaf və nazik” parça növünə uyğun
gələn ipliklər haqqında fikirlər söyləyin və lövhəyə yazın.Fikirləri təhlil edin.
• Cütlərə ayrılın və hərə öz cütlüyünün əynindəki geyimin parçasını və hansı ipliklə
hazırlandığını araşdırsın.
• Qruplara bölünərək mətni əhatə edən suallar hazırlayın və cavablandırmaq üçün qarşı
qrupa verin.
• Rol oyunu təşkil edin: Müştərinin əlindəki parçaya uyğun ipliyin seçilməsində satıcının
köməyi.
1.3.3. Qiymətləndirmə
Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı:
Parçaya, rəngə, modanın tələbinə uyğun ipliyi seçir
• Geyimin hazırlanmasında parçalara uyğun ipliklər, iynələr düzgün seçilməzsə nə baş
verə bilər?
• Şəffaf və nazik parçalarda hansı növ iynə və ipliklər seçilməlidir?
• Nazik trikotaj parçalarda hansı iynələrdən və ipliklərdən istifadə olunur?
• Dairəvi ucluqlu iynələr hansı parçalarda istifadə edilir?
• Parça olmayan materiallarda istifadə olunan iynə və ipliklər hansılardır?
• Orta qalınlıqlı kostyumluq parçalarda hansı iynə və ipliklər istifadə olunur?
• 75-80№-li iynələr hansı parçalar üçündür?
1.4.1. Modelə uyğun furnitur və aksessuarları seçir
• Furnitur
Furniturtikiş məmulatlarının düymələnməsi və əlavə bəzək elementləri kimi müasir geyimdə böyük rol oynayır.
Tikiş furniturları metal, plastmas, tekstil və bu materialların qarışığından hazırlanır.
Düymələr müxtəlif və çox geniş çeşidlərinə görə bağlamanın ən böyük ailəsi hesab olunur.Onlar metal, plastmas, sümükdən, taxtadan;2 və 4 deşikli, dayaqlı;sadə rəngli, yazılı, şəkilli, sadə və ya gözəl dizaynlı olurlar.
Düymənin qalınlığı onun təyinatından asılı olub 1, 6 mm-dən az olmamalıdır.
Palto üçün düymə diametri 26 mm və daha çox məsləhət görülür.Pencəklik düymə (kişi pencəkləri, gödəkcəsi və qadın jaketi üçün) 20-25 mm, donlar (qadın və qız donları)7 mm və daha çox, şalvar üçün 14-17 mm, dəyişəklik üçün (kişi, qadın, uşaq və yataq dəyişəyi)-10-19 mm.
Palto və pencək kişi geyimlərində düymə özünün forma və bəzədilmə sadəliyi ilə fərqlənir. Onlar adətən girdə, yastı, üz tərəfi azacıq batıq və ya qabarıq olur.