● 2 qrupa bölünün.Hər iki qrupa “Üst geyimlər üçün parça çeşidlərini təsnif edin”, ”Yüngül geyimlər üçün parça çeşidlərini təsnif edin” tapşırıqları yazılmış iri kağızlar paylanır. 20 dəqiqə ərzində tədqiqat apararaq verilmiş tapşırıqları yerinə yetirin. Vaxt bitdikdə hər iki qrup tərəfindən seçilmiş liderlər öz tədqiqatlarını nümayiş etdirdikdən sonra müzakirələr təşkil edin.
1.2.3. Qiymətləndirmə
Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı:
“Modelə uyğun parçanın növünü təyin edir”
• Xarıcı görünüşünə görə parçaları neçə qrupa bölmək olar?
• Hazırlanan geyimin xarici görünüşü nədən asılıdır?
• Hansı parçalardan geyim hazırlayarkən dekorativ tikişlərdən istifadə etmək
məqsədəuyğun deyil?
• Yüngül geyimlər hansı növ parçalardan hazırlanır?
• Üst geyimlər hansı növ parçalardan hazırlanır?
1.3.1. Parçaya, rəngə, modanın tələbinə uyğun ipliyi seçir
• Parçalar və ipliklər
Müxtəlif çeşidli parçalardan geyim hazırladıqda parçaya, rəngə uyğun olaraq
yerinə yetiriləcək maşın tikişləri, sap və iynə düzgün seçilməlidir.Hazırlanan
geyimin xarici görünüşünün keyfiyyəti bu komponentlərin düzgün seçimindən
asılıdır.
Parçanın növü |
Parçanın adı | Maşın iynəsinin nömrəsi № | Sapın növü və nömrəsi |
Şəffaf və nazik | Vual, şifon, krepdeşin, nazik krujeva, tül, setka, jorjet | 65-70 | İpək sap № 65, merserizə olunmuş pambıq və ya pambiq sap№ 80 |
Nazik | İpək, köynəklik, bez, çit, nazik kətan, batist, orqandi, muslin, markizet, pike və s. | 75-80 | İpək sap № 65, merserizə olunmuş pambıq və universal pambiq sap № 80, 60 |
Nazik trikotaj | Pambıq tərkibli trikotaj, triko, cersi, köynək üçün nazik trikotaj, dartımı olan maxrovkalı trikotaj, dartımı olan velyur | 90-dairəvi ucluqlu | Universal: poliefirpambıq və ya poliefir № 80, 60 |
Orta qalınlıqlı trikotaj | Pambıq trikotaj, yun trikotaj, yun tərkibli flanel, yun krep, qabardin, poplin, velvet, məxmər, tafta, atlas, ikiüzlü trikotaj | 90-trikotaj üçün dairəvi ucluqlu | Universal: pambıqpoliefir, merserizə olunmuş pambıq № 50 |
Orta qalınlıqlı kostyumluq | Yun, qarışıq, qalın yun flanel, tvid, sarja, moxer, qabardin, qalın poplin, sırıqlı parçalar | 90-100 | Universal: pambıqpoliefir, merserizə olunmuş pambıq № 40 |
Orta və qalın | Yun, qarışıq, qalın yun flanel, süni xəz, qalın pambıq parusin, drap | 100 | Qalın: pambıq və poliefir-pambıq, |