Həmçinin, pambıq və kətan parçalardan hazırlanan köynəklər çox gözəl, sərin və yüksək gigiyenik xüsusiyyətlərə malikdirlər.
Donlar üçün çox böyük parça çeşidi xarakterikdir: pambıq, kətan, təbii və kimyəvi liflərdən hazırlanmış ipəklər.Həmçinin, parçaların müxtəlifliyi onların toxunuşuna, quruluşuna, rənglərinə görə də seçilir.Jakkard və krep toxunuşlu yun parçalardan donlar çox gözəl olur.Bu parçalar istilik xassəsi, yaxşı drapirlənməsi, qırışmaması ilə səciyyələnirlər.Kimyəvi liflərlə(lavsan, viskoz, kapron) qarışığı olan yarımyun parçalar isə formanı yaxşı saxlayır.
İpək parçalar bəzək və quruluşuna görə müxtəlifdir.Belə parçalar yüngül, möhkəm, az qırışan, yüksək gigiyenik xüsusiyyətlərinə görə seçilirlər.
Kətan və yarımkətan parçalar gec çirklənən, yaxşı yuyulan, lakin yuyulma zamanı yığılan və tez qırışandırlar.
Trikotaj parçalar elastikdir, hərəkəti məhdudlaşdırmır.Bu parçadan hazırlanan donlar fiqurada gözəl yatıma malikdir.
Ətək üçün pambıqdan tutmuş kətana qədər müxtəlif parçalar uyğundur.Parçanın seçimi ətəyin təyinatından və modelindən asılıdır.
Klassik şalvarlar, adətən, kostyumluq yun və yarımyun parçalardan hazırlanır.Belə parçalar rahat geyinilir, yaxşı ütülənir və kimyəvi təmizlənməsi rahatdır.Lavsan sapların qarışığı olan kamvol parçaların keyfiyyəti yüksəkdir: onlar az qırışır, yığılma baş vermir, nazikdirlər, ütüləmə zamanı qatların formasını yaxşı saxlayır.Lakin, parçanın tərkibində lavsanın miqdarı çox olarsa, parçada parıltılılıq və şaxlıq artar.Nitron əlavə edilmiş yun parçalar isə xarici görünüşünə görə xalis yun parçadan seçilmir, lakin ondan yüngül və nazik olur.Şalvar üçün təmiz pambıq və ya kimyəvi liflərlə qarışığı olan pambıq parçalar da istifadə olunur: velvet, cins və başqa parçalar.Lakin, bu parçaların çatışmayan cəhəti nəmlənib-isidilmə əməliyyatı (NİƏ) zamanı yığılmasıdır.
Pencəklər üçün pambıq parçalardan yun parçalara kimi müxtəlif çeşidlər götürülür.Klassik pencəklər üçün kostyumluq parçalar, nisbətən boş toxunuşlu, müxtəlif yun flanel parçalar uyğundur.Pencək, adətən, astarla tikilir ki, bu zaman geyimin xarici görünüşü gözəl və səliqəli görünür.Astar parça yüngül, nazik, sürüşkən səthli olmalıdır. Astar parçanın rəngi adətən pencəyin rənginə uyğun və ya əksinə kontrast rəng seçilir.Ən yaxşı astar parçalar viskoz və kapron saplardan hazırlanmış astarlıq parçalar hesab olunur.Asetat saplardan toxunmuş astarlıqlar isə məsləhət görülmür.
Palto üçün parçalar isti, nisbətən nazik, havakeçirici, qırışmayan, yağış və günəşin təsirindən bozarmayan, ağarmayan olmalıdır. Paltolar üçün parçalara, əsasən, kimyəvi liflərlə qarışığı olan yun və yarımyun parçalar uyğundur.Quruluşuna görə paltoluq parçalar kamvol, drap və nazik mahud parçalara bölünürlər.Qış paltoluq parçaların çeşidləri aşağıdakılardır:
Kişi paltoluğu üçün xalis yun, zərif mahud parçalar-velyur, ratin, baltika və s. kimi draplar.
Qadin paltoluğu üçün xalis yun, zərif mahud parçalar-ratin, staliçni parçalar, yumşaq qadın drapı, boston, qabardin və s.
Uşaq paltoluğu üçün xalis yun, yarımyun, zərif mahud, cod mahud parçalardan istifadə edilir.Adətən, uşaq paltoluğu üçün olan parçalar sarja, satin toxunuşlu olur.Bu parçalar yumşaq və xovlu olur.Yalnız başqa liflər qarışdırmaqla parça möhkəmlənir və xarici görünüşü yaraşıqlı olur.
1.2.2. Tələbələr üçün fəaliyyətlər
● Müxtəlif çeşidli müasir parçalar haqqında təqdimat hazırlayın.
● “Moda evində sifarişi qəbul edən və müştəriyə istədiyi modelə uyğun parça seçiminə kömək edən
mütəxəssis” üzrə rol oyunu təşkil edin.
● 3-5 nəfərlik qruplara bölünün. Müəllimin verdiyi iş vərəqindəki geyim eskizinə parça seçin və
hansı səbəbdən bu parçanı seçdiyinizi izah edin.
● “Müasir dəbdə ən çox hansı parçalar üstünlük təşkil edir” mövzusunda müzakirə təşkil edin.