1.1.2. Tələbələr üçün fəaliyyətlər
● Sahibkarı olduğunuz moda evinin açılışı üçün təqdimat hazırlayın.
● Moda evinə ekskursiya təşkil edin və daha sonra ekskursiyaya aid təqdimat hazırlayın.
● “Müasir moda evini necə görmək istərdiniz?“ mövzusunda müzakirələr aparın.
● “Əl işlərini yerinə yetirməyə hazırlaşan dərzi” üzrə rol oyunu təşkil edin.
● Stolun üstündəki alətlərin adı yazılmış ağ kağızlardan birini götürüb aləti xüsusiyyətləri
ilə təsvir edin.
● Qruplara bölünərək mətni əhatə edən suallar hazırlayın və cavablandırmaq üçün qarşı qrupa
verin.
1.1.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“Sifarişçinin tələbinə və mövcud standartlara əsasən hazırlıq işlərini yerinə
yetirir”
● Moda evi hansı otaqlardan təşkil olunmuşdur?
● Qəbul otağında nələr olmalıdır?
● Tikiş sexində hansı avadanlıqlar qoyulur?
● Əl işlərinin görülməsi üçün iş yerinin düzgün təşkilinə hansı tələblər qoyulur?
● İş yerini düzgün təşkil etmək üçün tikişçi nələri bilməlidir?
● Yüngül parçadan hazırlanmış geyimlərdə hansı növ üskükdən istifadə olunur?
1.2.1. Modelə uyğun parçanın növünü təyin edir
● Parçalar
Geyimin keyfiyyəti onun hazırlandığı parçadan çox asılıdır.Buna görədə, parça seçərkən çox diqqətli olmaq lazımdır.Beləki, modelə uyğun düzgün və keyfiyyətli parça seçilməlidir.Hazırlanan geyimin xarici görünüşü seçilmiş materialdan, onun quruluş xüsusiyyətlərindən, rəngi və üzərindəki şəkillərdən asılıdır.
Parçanın xarici görünüşü onun hansı liflərdən hazırlanması ilə təyin olunur.Bundan asılı olaraq, parçaların səthi parıltısız hamar (pambıq və kətan), təbii parıltılı(yun, təbii ipək), parlaq səthli(kapron parçalar, süni ipək) olur.
Parçaların çeşidlərinin müxtəlif olmasına baxmayaraq, onları xarıcı görünüşlərindəki oxşarlığa görə 7 qrupa bölmək olar:
1) Eyni toxunuşlu hamar səthli parçalar. Bu parçalardan dekorativ-konstruktiv xətləri çox ifadə olunan modellərdə istifadə etmək məqsədəuyğundur.
2) Parlaq hamar səthli parçalar. Ziyafət və təntənəli modellər üçün məqsədəuyğundur.
3) Toxunuşu qabarıq ifadə olunan parçalar. Bu parçalardan geyim hazırlayarkən dekorativ tikişlərdən istifadə etmək məqsədəuyğun deyil.
4) Bukle və boş toxunuşlu parçalar. Bu parçalar büzməli və drapirovkalı formalı geyimlər üçün məsləhətdir.
5) Ajur parçalar. Ziyafət geyimlərində çox istifadə olunur.Lakin, çox hissədən ibarət geyimlər üçün məsləhət görülmür.Düz biçimli geyimlər üçün daha məqsədəuyğundur.
6) Xovlu parçalar. Bu parçalardan hazırlanmış geyimlər həcmli görünür.
7) Qofre və qırışıq səthli parçalar. Biçimi çox da çətin olmayan, tikişlərinin sayı az olan geyimlərin hazırlanması üçün məsləhətdir.
● Parça seçimi
Qadın və kişi köynəkləri əsasən pambıq, təbii və süni ipək parçalardan hazırlanır.Təbii ipək parçalar-krepdeşin, krep-jorjet, şifon yüngüllüyü, möhkəmliyi, yüksək gigiyenik xassələrinə görə seçilirlər.