hazırlanan çiyin geyimlərinin işlənilməsində; MPVU-03 qarderob və şalvar formasında keçirməsi olan buxar-hava manekenindən istifadə olunur. Bu halda, işçinin vəzifəsi yalnız geyimi manekenə geydirib-çıxarmaqla məhdudlaşır.
3.4.2. Tələbələr üçün fəaliyyətlər
• | Rol oyunları vasitəsilə pardaqlama əməliyyatını aparan hava-buxar manekeninin təqdimatını edin. |
• | “Geyimdə parıltı, gərginlik nə zaman yaranır onu necə aradan qaldırmaq olar” mövzusunda müzakirə aparın. |
• | Pardaqlamanın əl ilə aparılmasına dair rol oyunları vasitəsilə təqdimat edin. |
• | Tikiş məmulatının çeşidindən və materialından asılı olaraq axırıncı bəzək-pardaqlama (nəmlənib-isidilmə) əməliyyatında müxtəlif növ buxar-hava manekenindən istifadə edilir. Hər qrup ayrılıqda müxtəlif mənbələrdən hava-buxar manekenləri haqqında məlumat əldə edərək təqdimat etsin. |
3.4.3. Qiymətləndirmə
Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı:
“Geyimdə isitmə-nəmləndirmə əməliyyatı zamanı gərginlik əmələ gəldiyi təqdirdə aradan qaldırır”
• İ.N.Ə zamanı geyimdə gərginlik hansı halda baş verir?
• Geyimdə əmələ gələn gərginlik nədir?
• Geyimdə əmələ gələn gərginlik nə üçün aradan qaldırılır?
• Geyimdə əmələ gələn gərginlik hansı üsullarla aradan qaldırılır?
• Hava –buxar manekenləri hansı quruluşda olur?
• Əl ilə pardaqlama necə yerinə yetirilir?