• Bağlama yerinin işlənilməsi haqqında müxtəlif mənbələrdən məlumatlar hazırlayın.
• Qrup üzvləri öz əyinlərindəki geyimlərin bağlama yerləri haqqında qarşı qrupa danışın.
2.1.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“Modaya uyğun olaraq bağlama yerlərini qeyd edir”
• Ətəyə qədər düymələnən geyimlərdə düymə və ilgək yeri necə işlənilir?
• Bortaltı nədir? Necə biçilir?
• Bortaltı necə işlənilir?
• İlgəyin və düymə yerinin möhkəmliyini artırmaq üçün nə etmək lazımdır?
• Qadın donlarında ilgək necə işlənilir?
• İlgəyin işlənmə üsulunu seçmək nədən asılıdır?
• Ətəyə qədər düymələnən geyimlərdə hansı bağlamalardan istifadə edilir?
• Ətəyə qədər düymələnməyən geyimlərdə düymə yeri hansı hissələrdə işlənilir?
• Ətəyə qədər düymələnməyən bağlama yerləri əsasən hansı geyimlərdə işlənilir?
• Ətəyə qədər düymələnməyən bağlama yerinin işlənilməsi üçün hansı firnuturlardan
istifadə edilir?
2.2.1. Furnitur növündən asılı olaraq bağlama yerini hazırlayır
• | Düymələnmə yerinin müxtəlif furniturla hazırlanması |
Təyinatından və düymələnmə yerinin formasından asılı olaraq düymələnmə yeri qabaq hissədə, kürəkdə, yan tikişdə, çiyin kəsiyində, qasmada və s. işlənir. Düymələmək üçün düymədən, basmadüymədən, zəncirbənddən istifadə edilir.
İlgəyə görə düymənin tikilmə yerini nişanlamaq üçün ilgəkli tərəfi o biri tərəfin üstünə elə qoyub sancaqlamaq lazımdır ki, (Şəkil 2.6, a ) , ilgək düymələnəndə düymə geyimin orta kəsiyindən kənara çıxmasın. Düymə əsas parçanın rənginə uyğun sapla tikilməlidir. İlgək qabaq (və ya arxa) hissənin orta xəttinə nisbətən fərqli (0,2—0,3 sm) olduğuna görə düyməni qabaq (və ya arxa) hissənin düz ortasına tikmək lazımdır.
İlgək şaquli açıldıqda, qabaq hissə ilgək qədər qaçmasın deyə yuxarıdakı düyməni ilgəyin qırağına tikmək lazımdır (Şəkil 2.6, b ) . Qalan düymələr yuxarıdan aşağıya bərabər məsafələrdə yepləşdirilir.
Düymə parçanın iki qatına, bəzi hallarda isə (astarsız palto, gödəkcə və s.) bir qatına tikilir. Bu balda düymənin altına astar tərəfdən parça qırığı və ya kiçik diametrli düymə qoyulur.
Oturacağı qulaqcıqlı (qabarıq) düymələr geyimə oturacaqsız tikilir.