Dəridən olan applikasiya geyimdə çox gözəl görünən bəzək elementidir. Belə ki, dəridən olan applikasiyalar parça üzərində çox gözəl və cəlbedici görünür. Lakin, bütün parçalar dəridən olan applikasiya üçün yararlı deyil. Bunun üçün qalın, şax parça seçilməlidir ki, o dərinin ağırlığını saxlaya bilsin. Bu kimi parçalara qabardin, fetr və qalın drap aid edilə bilər. Əgər applikasiya yüngül parça üzərində məsələn, köynəkdə hazırlanarsa, xırda dəri elementlərindən istifadə etmək lazımdır (4 sm-dan böyük olmayan). Dəridən hazırlanan applikasiyalar müxtəlif formalarla hazırlana bilər. Bunlar müxtəlif ornament elementlər, həndəsi fiqur, rənglərin dəyərləndirilməsi və s. ola bilər.
İşə başlamazdan əvvəl applikasiyanın kartondan və ya kağızdan kəsilmiş ülgüləri hazırlanmalıdır. Dəridə rəng uyğunluğu yüksək keyfiyyət göstəricisidir. Dəridən applikasiya hazırladıqda dəri hissələrini parça üzərinə yapışqanla və ya tikmək üsulu ilə işləmək olar. Applikasiyanın tikmək üsulundan istifadə edərkən sap seçimi müxtəlifdir. Belə ki, həm dəri rəngində, həm də fərqli rəngli saplardan istifadə etmək olar. Fərqli sap dəridə dekor rolunu oynayacaqdır.
Geyimdə yalnız dəridən dekor-bəzək elementləri deyil, həmçinin parçadan da bir çox bəzək elementləri hazırlamaq olar: güllər, applikasiyalar və s.
1.4.2. Tələbələr üçün fəaliyyətlər
• | Dəri elementləri ilə bəzədilmiş geyimlər haqqında müzakirələr aparın. |
• | Rol oyunları vasitəsilə geyimlərə dekor bəzək vurmaq üçün dəri seçin. |