• Muncuqlu tikmələr hansı geyim çeşidlərində istifadə edilir?
• Muncuqlu tikməni birbaşa geyimin üzərində hansı parçadan olan geyimlərdə yerinə
yetirmək olar?
• Muncuqlar hansı materiallardan hazırlanır və bir-birindən nə ilə fərqlənir?
• Bəzək üçün muncuqları nömrə və çeşidlərinə görə necə seçmək lazımdır?
• Muncuqla tikmə zamanı hansı saplardan istifadə olunur?
• Sapın rəngi muncuğun yoxsa geyimin rənginə uyğun seçilməlidir?
• Tikmə hansı halda sintetik kanva ilə icra edilir?
• Tikmə başa çatdıqdan sonra kanva geyimdən necə sökülür?
• Tikmə üçün niyə nazik iynələr seçilir?
• Stebel tikişi necə icra olunur?
• Bəndləyici tikiş necə icra edilir?
1.4.1. Parça və dəridən müxtəlif bəzək elementləri hazırlayır
• | Geyimdə parça və dəri bəzək elementləri |
Dəri elementləri ilə geyimi bəzəmək çox sadə, həm də maraqlıdır. Bəzək işini tam qurtarmayınca sonda nə alınacağını bilmək olmur. Dəri dekor-bəzək kimi işləndikdə müxtəlif qalınlıqlı və rəngli dərilərdən istifadə etmək lazımdır. Sonra nəyə nail olmaq istədiyimiz haqda fikirləşmək lazımdır. Məsələn, dəridən pilələr hazırlamaq üçün sirkul vasitəsilə lazimi ölçüdə dairələr çəkilib kəsilir. Sonra geyimin üzərinə uyğun rəngli sapla tikilir.
Əgər müxtəlif rəngli kvadratlar kəsilərsə, geyimin çiyin hissələrinə də bəzək kimi tikmək olar. Belə dekordan istifadə edərkən rəng tonlarının uyğunluğundan istifadə etmək məqsədəuyğundur. Kvadratları bir-birinə yaxın tikib geyimin çiyin hissəsini bəzədikdə bu zaman vizual olaraq geyimin çiyinləri böyüyür. Ona görə də dekoru fikirləşdikdə onun geyimdə vizual görünüşünü də nəzərə almaq lazımdır.