Parçanı ilgək tikişi ilə 3-5 ilməni birlikdə qruplaşdırmaqla istənilən pambıq, sintetik saplarla hörmələmək olar. İlmələrin uzunluğunu müxtəlif götürmək olar və s.
1.2.2. Tələbələr üçün fəaliyyətlər
• | Rol oyunları vasitəsilə applikasiya ilə bəzədilmiş uşaq geyimlərinin satışını təşkil edin. |
• | Hər qrup ayrılıqda qalın və nazik parçalardan applikasiyaların işlənilməsinin oxşar və fərqli cəhətlərini qeyd edin. |
• | Applikasiyaların geyimdə işlənilməsi üsulları haqqında müzakirələr aparın. |
• | Mövzuya aid hər qrup qarşı qrupa suallar hazırlasın. Cavabları müzakirə edin. |
• | Applikasiyaların tətbiq sahələrini şaxələnmədə qeyd edin. |