Doldurma ilmələri düz, maili, müxtəlif uzunluqlarda və müxtəlif enlərdə, xətt şəklində götürülə bilər.
Doldurma müxtəlif üsullarla ağ və rəngli saplarla yerinə yetirilə bilər. Ağ və rəngli doldurmalarla bitki xarakterli motivlər əldə edirlər.
• | İri ilmələrlə yerinə yetirilmiş bir tərəfli tikmələr |
Bu tikmələr rəngli, qalın muline (6-10 qat), iris, yun saplarla qalın parçalar (palatno, bortofka, sukna və s.) üzərində işlənilir. Bu tikmələrdə əsas rənglər - qirmızı, göy, yaşıl, sarı və s.-dir.
Üst doldurmada motivi üst tərəfdən doldururlar, tərs üzdə naxışın konturu üzrə qırıq xətli xırda keçid tikişləri alınır (Şəkil 1.7, a). Bu qayda ilə iri naxış motivlərini, eləcə də budaqları, gövdələri, yarpaqları, bığcıqları tikirlər (Şəkil 1.7, b). Doldurma ilmələrini hissələrin formasına uyğun yerləşdirirlər: güllərdə kənardan mərkəzə, yarpaqlarda kənarlardan mailliklə ortaya doğru, ilmələr müxtəlif uzunluqlarda ola bilər. Bu zaman naxışın konturu dişcikli olur (Şəkil 1.7, c).
Doldurma ilmələrini işləyərkən onları biri-birinə çox yaxın qoymurlar. Belə ki, gülün ləçəyinin üst hissəsində ilmələr arasındakı məsafə 1,5-2 mm olur, ilmələri dairə şəklində yerləşdirmək üçün onlardan bəzilərini qısa, məsələn, birinci ilməni ləçəyin kənarından onun ortasına qədər, ikinci 2 mm yuxarı, üçüncünü isə birinci kimi etmək (yerləşdirmək) lazımdır və s. Bu halda ilmələr gülün mərkəzində birbirinin üzərinə düşməyəcək, tərs üzdə isə ilmələr lazım olan uzunluqda olacaqdır. Əgər iş vaxtı sapın burulmasına yol verilməsə, üst doldurma ilmələri yumşaq, bərabər olacaqdır.
İri ilmələrlə bir tərəfli doldurma tikişləri ilə işlənmiş naxışların kənarını çox vaxt tesma ilə, xaçvari, doldurma və s. tikişlərlə işlənmiş nazik zolaqla haşiyələyirlər (Şəkil 1.7, d).
İri güllərin ortasını və hissələrin ortalarını üstdən dekorativ tor, yaxud müxtəlif kiçik fiqurlarla (kvadrat, üçbucaq, romb, dişciklər, zıqzaqşəkilli zolaqlar, hansı ki, iki tərəfli doldurma ilmələri ilə işlənilir) bəzəyirlər. Bəzən sayla doldurma motivlərini xaçvari tikişlə zolaqlar şəklində növbələyirlər, məsələn, bir zolaq sayla yerinə yetirilən doldurma tikişi ilə işlənibsə, növbəti zolağı xaçvari tikişlə işləyirlər (Şəkil 1.7, ç).
Üstdən qoyulan torları və bəndləri bir rəngli sapla işləyirlər. Tor iki istiqamətdə (üfüqi, şaquli) uzun ilmələrin qoyulması nəticəsində alınır. Parça üzərinə toru xaç şəklində xırda ilmələrlə bəndləyirlər. Toru əmələ gətirmək üçün əvvəlcə bir istiqamətdə olan (məsələn, şaquli) ilmələri qoyur, sonra üfüqi ilmələri yerləşdirməyə başlayırlar və hər yeni ilmənin şaquli ilmələrlə kəsişmə nöqtəsini ardıcıl olaraq bəndləyirlər. Beləliklə, birinci üfüqi ilmə soldan sağa qoyulur və iynənin işçi sapla əks istiqamətdə hərəkəti zamanı çarpaz tikiş ilə bəndləmələr yerinə yetirilir. Xaçvari tikişin üst ilmələri bir istiqamətdə yerləşməlidir.
İri yarpaqların ortasını və kiçik yarpaqcıqları xaçvari tikişlə tikirlər.