• Bort kəsiyinin haşiyələməklə işlənilməsi bortun çevrilən tikişlə işlənilməsindən əsaslı surətdə fərqlənir. Belə ki, bortaltı ilə qabaq hissə tərs üzləri içəri olmaqla 4-5 mm enində tikişlə 297 sinifli maşında tikilir (Şəkil 3.48, d, tikiş - 1). Bort xüsusi tərtibatı olan maşında parça lentlə və ya ensiz kapron parça ilə haşiyələnir (Şəkil 3.48, d, tikiş - 2). Geyimin bortu ətəkdə qatlanma payı ilə çevrilən tikişlə işlənilir. Sonra üz tərəfə çevrilir və bortaltının içəri kəsiyi ətəkdəki qatlanma payına baxyalanır.
Bəzi modellərdə eyni zamanda bortlarla bərabər (əvvəlcədən müvafiq üsulla boyun yerinə birləşdirilmiş yaxalığın) boyun yeri də haşiyələnir.
Bortun işlənilməsi çoxəmək tələb etdiyindən prosesin təkmilləşdirilməsi üçün müəyyən yollar axtarılır.
Geyimin konstruksiyasını təkmilləşdirməklə, konstruksiyasının da texnologiyalı olmasına çalışmaq lazımdır. Biçimin dəqiq və hissələrin bütöv biçilməsi (alt yaxalığın calaqsız və ya üst yaxalıqla birlikdə) və s. yeniliklər qovşaqların işlənilməsinə sərf edilən əməyi xeyli azaldır. Bunun üçün:
• İçəridən düymələnən bortların işlənilməsi
İçəridən düymələnən geyimlərdə qabaq hissə ilə bortun araqatı materialı birləşdirildikdən sonra qabaq hissəni yoxlayıb kəsdikdə kişi geyimlərinin qabaq hissəsinin sol tərəfində, qadın geyimlərinin qabaq hissəsinin sağ tərəfində çərtməklə düymələnmə yeri qeyd edilir və sonra kromka qoyulur. Qabaq hissənin düymələnmə yerinə əriş sapı boyu biçilmiş astar, yaxud əsas parçadan köbə qoyulub 3-4 mm enində çevrilən tikişlə işlənilir. Bununla eyni zamanda kromka da qoymaq olar. Sonra tikiş payı açılır və ya səliqəyə salınır, astar içəri tərəfə qatlanır və qatlanma xəttində qabaq hissədən 2-3 mm kant almaqla tikilir (ipək parçalardan olan geyimlərdə çevrilən tikişin eni 5-7 mm olur). Tikişin eni modelə uyğun salınır (Şəkil 3.49).
Modeldə “təmiz kənar” nəzərdə tutulmuşdursa, bortun kənarı yapışqan sap və ya plyonka yapışdırmaqla, yaxud xüsusi maşınla, ya da əl ilə görünməyən basdırma tikişi ilə bortun araqatı materialına bəndlənir.