1.2.1. Çertyoja əsasən əsas və köməkçi ülgüləri hazırlayır
• Ülgülərin hazırlanması
Geyimin konstruksiyasının çertyoju qurulduqdan sonra ülgüdə olan qarsağın, yan
tikişin, arxa hissənin orta xətti, qollarda, eləcə də şalvarlarda, ətəkdə, jiletin
hissələrində olan korbucaqlı sahələr və iti zirvələrin ölçüləri pozulmadan
hamarlanır. Sonra arxa və qabaq hissələr, alt yaxalıq və üst yaxalıq, qolun alt və
üst hissələri, şalvarın arxa və qabaq yarımhissələrinin bir-birinə birləşəcək
yerlərinin konstruktiv xətlərinin uyğunluğu və uzunluğu yoxlanaraq dəqiqləşdirilir.