Qol yerinə yaxın və cib ağzı səviyyəsində isə üstünə yapışqan sap uzadılır, tərs üzüyuxarı olmaqla qabaq hissə presin alt yastığının üstünə, onun üstünə isə yapışqanlı tərəfi aşağıya qoyulmaqla araqatı materialı preslənir. Nəticədə, araqatı materialının yapışqanlı yaxası yaxa yerinə; bort, yaxa və ətək hissələrinin kəsiyinə qoyulmuş kromka, eləcə də yapışqan sap ilə qabaq hissə birləşərək lazımı forma alırlar.
• Bortaltının işlənilməsi
Bortaltının işlənilməsi və qabaq hissəyə birləşdirilməsi məsuliyyətli əməliyyatlardan biridir. Onun düzgün işlənilməsi, sağ və sol tərəflərdə bortaltının eyniliyi və simmetrikliyi, geyimdə yaxa və yaxalığın düzgün olması hazır geyimin xarici görünüşünün müasirliyinə təminat verir.
Bort geyimin çox əməktələb edən ənməsul hissəsidir. Onun hazırlanması və yığılmasında bir sıra əməliyyatlar aparılır. Bunlar geyimin tikilməsinə sərf edilən ümumi vaxtın 25%-ni təşkil edir. Geyimin keyfiyyətli tikilməsi və lazımı formada alınması bortun hazırlanması və yığılmasından, onun konstruksiyasından, tikiş texnologiyasından və köməkçi materiallarından asılıdır.
Kütləvi geyim istehsalında bortun hazırlanması və yığılmasının üsulları və variantları çoxdur. Onlar işin əl və ya maşınla yerinə yetirilməsi, hissələrin tikilməsi, yaxud yapışqanla birləşdirilməsinə və nəmlənib-isidilmə əməliyyatlarına görə, geyimin modelindən və çeşidindən asılı olaraq, ölçüsünə və formasına görə bir-birindən fərqlənir.
Parçaya qənaət məqsədilə bortaltı bir və ya iki calaqlı biçilir, 7-10 mm enində tikişlə universal maşında və ya 904 sinif (PMZ) yanmavtomatla bir-birinə calanır. Calaq tikişi ütü, yaxud preslə açılır, sonra isə bortaltı ütülənir. Bu əməliyyat xüsusi maşında icra edildikdə tikiş və calaq eyni zamanda açılır. Bortaltı calaqları baş-başa ziq-zaqa bənzər tikişlə də calamaq olar. Bütün bu əməliyyatlar yerinə yetirilərkən bortaltı və calaq kəsikləri əvvəlcədən bir-birinə uyğunlaşdırılmalıdır.
Naxış və zolaqları (milləri) gözlə aydın görünən parçalardan biçilən bortaltını qabaq hissəyə birləşdirilməzdən əvvəl uyğunlaşdırılır və yaxa şəklinə gətirilir. Bortaltının içəri tərəfi köməkçi ülgü ilə tabaşirlənir və artıq yerlər kəsilib düzəldilir. Bortaltı qabaq hissənin bortuna köklənməklə və ya köklənmədən, 297, 360, 397-M sinif biriynəli, bıçaqlı maşında çevrilən tikişlə birləşdirilir. Bu zaman düzgün birləşmə almaq üçün bortaltınınkənar kəsiyinə ülgü qoyularaq tabaşirlənir və ya nəzarət çərtikləri vurulur. Geyim modelə müvafiq astarsız olarsa, onda bortaltının içəri kəsiyi astarlıq parça və ya lentlə haşiyələnir, parçanın xüsusiyyətindən asılı olaraq içəri kəsiyi ilməklənir, 5-7 mm enində içəri tərəfə qatlanır və həmin qatdan 2-3 mm məsafədə baxyalanır. Onun içəri kəsiyi bortun araqatı materialına yapışqan sapla birləşdirildikdə bortaltının astar tərəfinə kəsikdən 5-7 mm məsafədə yapışqan sap tikilir və ya plyonka yapışdırılır.