Bu halda onun qabarıq yeri qəlibin oval hissəsinə elə yerləşdirilir ki, bort işçiyə tərəf olsun. Yaxanın kənarında, bortlarda, boyun və qol yerində köbə qoyduqda alınan boşluq yox edilənə qədər araqatı materialı ütülənməlidir.
Bortun araqatı materialının yan tərəfinin ütü ilə yığılması qabarıqlığın ölçüsündən asılıdır. Araqatı materialının kənarları dörd üsul ilə ütülənir.
• Birinci üsulda yaxanın kənarı ütülənir. Araqatı materialı qəlibin üstündə elə yerləşdirilir ki, onun qatlanma xətti qəlibin əsasına paralel olsun. Qabarıq yer qəlibin oval hissəsinin arxasında qalır. Yaxanın kənarında boşluq tam yox olana qədər ütülənmə davam etdirilir (Şəkil 3.43, a).
• İkinci üsulda bort kəsiyi ütülənir. Araqatı materialı işçiyə tərəf olmaqla qəlibin üstünə qoyulur və boşluq yox olana qədər işlənir (Şəkil 3.43, b).
• Üçüncü üsulda boyun yeri ütülənir. Araqatı materialı elə yerləşdirilir ki, çiyin və boyun kəsiyi qəlibin üzərinə düşsün. Belə olduqda materialın qabarıq yerinin orta hissəsi qəlibin oval hissəsinə uyğun gəlməlidir və boyun yerində boşluq tam yox olana qədər ütülənməlidir (Şəkil 3.43, c).
• Dördüncü üsulda yan tərəf ütülənir. Araqatı materialı qəlibin üstündə elə yerləşdirilir ki, qol yeri və yan kəsiyi işçiyə tərəf olsun. Bu zaman qabarıq yer qəlibin oval hissəsinin üstünə düşməlidir. Nəmlənib-isidilmə əməliyyatı qol yerində və yan kəsikdəki boşluq tamam yox olana qədər davam etdirilir (Şəkil 3.43, ç).
Araqatı materialında lazımı qabarıqlıq alındıqdan və onun kəsikləri ütüləndikdən sonra başqa yerləridə hamarlandırılır. Bortun araqatı materialı üzü yapışqanla örtülmüş parçadan olduğu halda o, qabaq hissənin ilkin icrasından əvvəl və ya sonra birləşdirilə bilər. İlkin əməliyyatlar aparılmadan bortun araqatı materialının yığılması və qabaq hissəyə birləşdirilməsi işi lazım gəldikdə, xipli) 1 ya da SU-(universal yastıqlı USP-1 ya da SU-tipli) icra edilir (Şəkil 3.44, e).
Mövsümi kişi paltosu üçün qabaq hissənin bortunun araqatı materialının sağ tərəfi PPU-1-06+SPP-1 və ya Cs-371 KM+12-61; sol tərəfi isə PPU- 1-07+SPP-2 və ya Cs-371 KM-12-62 tipli universal yastıqlı preslərdə birləşdirilərək formaya salınır. Bortun araqatı materialını qabaq hissəyə birləşdirmək üçün onun bort, yaxa və ətək hissələrinin kəsiklərinə ütü ilə yapışqanlı kromka qoyulur.