• Qabaq hissədə düz kəsilmiş qapaqsız kəsik ciblərin işlənilməsi
Cibin kənarı uzununa əriş sapı istiqamətində biçilmiş bir və ya iki köbə ilə hazırlanır.
Orta qalınlıqlı parçalardan olan ciblər (kostyumlarda) bu ardıcıllıqla icra edilir: cib astarının bir tərəfinə əsas parçadan 7 mm enində tikişlə köbə calanır, qabaq hissədə cibin yeri dörd xətlə (ikisi uzununa, ikisi eninə) qeyd edilir. Uzununa iki xətt qatlanmış köbənin qabaq hissəyə tikilmə xətti hesab olunur. Eninə çəkilmiş iki xətt isə cibin iki küncünü göstərir.
Cib yeri qabaq hissədə köməkçi ülgü ilə qeyd edildikdən sonra onun astar tərəfindən cib altlığı qoyulur. Köbə uzununa (tərs üzü içəri olmaqla) qatlanıb ütülənir və ya ütülənmiş qatlanma xətti yuxan qabaq hissədə yerləşən qeyd xəttinə görə düzəldilir (üz-üzə qoyulur) və ona tikilir. Köbənin qatlanmasından tikişə qədər olan məsafə yuxarı və aşağı qeyd xəttinin uzunluğunun yarısına bərabər olur (4-5 mm). Tikişin sonu iki dəfə irəli- geri tikişlə möhkəmləndirilir. Qatlanıb ütülənmiş ikinci köbə qabaq hissəyə qatlanma xətti ətəyə tərəf, uzununa qeyd xəttinə uyğun qoyularaq qabaq hissəyə tikilir. Tikişdən köbənin qatına qədər olan məsafə hazır köbənin eninə bərabər olur (4-5 mm).
Qabaq hissədə iki tikişin arası (cibin giriş xətti) kəsilir və sonuna çərtik vurulur. Əmək məhsuldarlığını yüksəltmək və məmulatın keyfiyyətini yaxşılaşdırmaq üçün bu cibi işlədikdə ikiiynəli (köbəni qabaq hissəyə tikmək üçün), iki tikişin arasını kəsmək üçün bıçağı olan yarımavtomat maşından istifadə edilir.
Cibin köbəsi qabaq hissənin tərs üzünə çevrilir. Cib astarının əlavə astarsız tərəfi cibin aşağıdakı köbəsinə birləşdirilir, əlavə astarlı tərəfi isə cibin yuxan tərəfinə, yuxarıdakı cib köbəsinin tikiş xəttinə tikilir. Cibin kənarı iki dəfə irəli-geri tikişlə (içəri tərəfdən) möhkəmləndirilir, hazır köbələrin aralanmaması üçün cib üz tərəfdən əl ilə, yaxud zəncirvari tikişli birsaplı maşında köklənir. Tikiş cib astan tərəfdən aşağıdakı köbə tikişinin yanından salınır. Cib adi ütü və ya presdə ütüləndikdən sonra cib astarının yanları və aşağı hissəsi tikilir. Geyim qalın parçadan hazırlandıqda köbə cib yerinə birqat tikilir. Cib yeri dörd xətlə, iki köbəli cibdə olduğu kimi qeyd edilir. Köbə qabaq hissəyə tikildikdə onların kəsikləri (uzununa) cibin qeyd xəttinə tərəf yönəldilir. İki köbənin tikişi arasındakı məsafə 6-10 mm olur. Köbəni qabaq hissəyə bıçağı olan ikiiynəli maşınla da tikmək mümkündür. Cibin kənarı kantla (Şəkil 3.42, a) və ya haşiyə ilə işlənir. Sonrakı əməliyyatlar yuxanda göstərilən kimidir.
• Bort araqatının işlənməsi
Üst geyimlərdə qabaq hissənin və onun bortunun şaxlığını artırmaq, qabaq hissəyə verilmiş formanı saxlamaq, düymə yerinin möhkəmliyini artırmaq və ciblərin kənarlarını bəndləmək üçün bortun araqatı materialından istifadə edilir. Ümumiyyətlə, bu material üst geyimlərdə karkas vəzifəsini yerinə yetirir.
Bortun araqatı materialı əsas və əlavə qatdan ibarətdir. Araqatı materialı kimi yapışqanlı və yapışqansız parçalardan (yun və kətan bortovka, tük və viskoz), eləcə də toxunmayan parçalardan (flizelin, proklamelin, Syunt-100, Syunt-140, Viva, Liyva və s. ) istifadə edilir. O, modelin texniki təsvirinə görə birqatlı və çoxqatlı, formasına görə isə müxtəlif konstruksiyalarda hazırlanır. Onun materialı da texniki təsvirə əsasən seçilir.
• Bortun araqatı materialının işlənilmə və yığılma texnologiyası
Materiala qənaət etmək üçün bortun araqatı calaqlı biçilir. Əsas qat bütöv və ya iki hissədən ibarət olur. Bortun araqatı materialının həcmli formada alınması üçün xıştəkdən, yığmadan və konstruktiv xətlərdən istifadə edilir. Onların miqdarı, ölçüsü və yeri geyimin siluetindən və formasından asılıdır.
Bortun araqatı materialının kəsikləri baş-başa, yaxud yapışdırıcı tikişlə birləşdirilir. Yapışdırıcı tikiş araqatı materialının yuxan kəsiyindən 10 mm enində başlanır, tədricən ensizləşdirilir və kəsikdən 10 mm aşağıda itirilir.
Baş-başa tikişdə kəsiklər bərabərləşdirilir və onların altına ensiz pambıq parça qoyulur.