Köbə tikiləndə qabaq hissədə cibin ağzını bıçaqlı maşınla eyni vaxtda kəsmək olar. Sonra cib astarı qabaq hissənin astar tərəfinə keçirilir və cibin kənarı düzəldilir. Əgər cibin aşağı tərəfi kantla (qalın parçadan olan geyimlərdə) hazırlanarsa, köbəni tikiş kəsiyinə yatızdırmadan ondan modelə uyğun kant əldə edilir.
Cibin düzəldilmiş kənarı tikişlə bəndlənir. Modeldən asılı olaraq aşağı kənarına baxya salınır. Cib astarının əlavə astar tərəfi qabaq hissəyə (cib kəsiyinin yuxarısına) qapağın tikiş xətti boyu tikilir (Şəkil 3.40, a, b). Qabaq hissə avand tərəfi içəri olmaqla, kəsik xətti boyu qatlanır, cib qapağının tikişi sahmana salınır. Cib astarı elə qatlanmalıdır ki, onun əlavə astar tərəfi qapağın tikiş xəttinə düşsün (qapağı qabaq hissə ilə birləşdirən tikiş görünməsin). Bu zaman cib astarı yanlarının bərabər və səliqəli olmasına diqqət edilməlidir (Şəkil 3.40, a, 7). Cib astarı 10 mm enində üç tərəfdən bərkidici tikişlə icra edilir və cibin küncləri üç dəfə irəli-geri tikişlə bərkidilir (Şəkil 3.41, a). Tikiş cib astarının kənarında 15-20 mm genişləndirilməklə aparılır. Cibin küncləri üz tərəfdən xüsusi maşınla bort xəttinə paralel bəndlənir.