Əlavə cib müxtəlif üsullarla tikilir. Əlavə cib, cib astarının qabaq hissəsində yerləşdirildikdə onun astar tərəfindən (əlavə cibin eni qədər) şaquli istiqamətdə kəsilir. Əsas cib astarının yuxarı tərəfinə xırda pul üçün cib astarı tikilir (Şəkil 3.39, a, tikiş - 1) və 5-7 mm enində birləşdirilir. Əlavə cib astarının yuxan kəsiyi əsas cib astarına uyğunlaşdırılır və bəndlənir (Şəkil 3.39, b). Əlavə cib astarının kəsikləri 5-7 mm enində içəri qatlanır və ondan 1 mm məsafədə baxyalanır. Kənar kəsiklər əsas yan cib astarı ilə eyni vaxtda tikilir. Əsas cib astarının yuxan kəsiyinə geyimin əsas parçasından və ya astarlıq parçadan (ya da əlavə lentdən) yan və yuxarı kəsiyi bərabərləşdirməklə əlavə astar 7-10 mm enində tikişlə calanır. Geyimdə kəsik cibin aşağısına möhkəmlik vermək üçün cibin köbəsinə yapışqanlı ara materialı yapışdırılır, yaxud köbənin kəsiyi qabaqcadan ilməklənir, sonra cib astarı, uzununa iki qatlanmış köbənin içinə qoyulub baxyalanır (Şəkil 3.39, ç, tikiş - 1, 2).
Bəzən əlavə cibə də qapaq tikilir. Qapağın yuxarı tərəfi elə yerləşdirilir ki, astarın yan kəsiklərindən eyni məsafədə olsun. Qapaq qeyd edilmiş xətlə tikilir. Cib astarının o biri tərəfinə 7-10 mm enində cib köbəsi tikilir. Burada cibin işlənilmə ardıcıllığı rəqəmlərlə göstərilmişdir.
• Cibin yığılması
Pencəyin (paltonun) qabaq hissəsində (üz tərəfdə) köməkçi ülgü ilə cibin yeri: bir üfüqi xətlə (cibin girişi) və iki şaquli xətlə (ciblərin sonları), eləcə də köməkçi ülgü ilə cib qapağının (astar tərəfdən) tikilmə xətti qeyd edilir. Bu xətt həm də qapağın enini müəyyənləşdirir. Cib yeri qeyd edildikdən sonra əsas parçanın möhkəmliyini artırmaq və cibin dartılmasının qarısını almaq üçün içəri tərəfdən (kolenkor, bez və ya flizelin) əriş sapı istiqamətində biçilmiş cib altlığı qoyulur.