• Arxa hissədə yamşağın işlənilməsi
Arxa hissənin ətək kəsiyinin orta və yan kəsiklərindəki yamşaq dekorativ element hesab olunur və eyni zamanda faydalı əhəmiyyətə malikdir. O geyimin istismarı zamanı hərəkəti asanlaşdırır və bu müddətdə geyimin formasını saxlamağa kömək edir.
Beləliklə, kişi üst geyimlərində, bəzən də qadın geyimlərində arxa ətəkdə bütöv yamşaq işlənilir. Arxa hissə ya bütöv (yamşağın arxa hissəsi), ya da tikişli (arxanın orta və ya yan tikişində) hazırlanır.
Arxa hissənin orta kəsiyində yamşağın kənarını qatlamaq üçün əlavə parça - qatlama payı biçilir.
Paltonun arxa ətəyində köməkçi ülgü ilə astar tərəfdən kəsiyin qatlanma xətti qeyd edilir (Şəkil 3.38, a). Arxa hissənin sol tərəfində çəkilən xətt orta tikişin davamı olub, yamşağın qatlanma xətti hesab edilir.
Kəsiyin şaxlığını artırmaq üçün o, yapışqanlı və ya yapışqansız əlavə material (bez, kolenkor və ya flizelin, proklamelin) ilə hazırlanır. Yamşağın alt hissəsini əlavə materialsız da işləmək mümkündür.
Əlavə aramaterialı qeydedilmiş xətdən 2-3mm məsafədə qoyulur, aşağısı arxa ətəyin qatlanma xəttindəki çərtiklə bərabərləşdirilir. Yapışqansız əlavə material arxa hissəyə yapışqan sapla və ya plyonka ilə, gizli tikişli xüsusi maşında, yaxud universal maşında birləşdirilir. Yapışqanlı əlavə ara materialından istifadə etdikdə yapışqan plyonka əlavə ara materialın (üst hissədə) içəri kəsiyinin bir tərəfinə, sonra kənar tərəfdən kəsikdən 15-20 mm aralı, alt hissədə isə yamşağın daxili kəsiyi boyunca qoyulur.
Yapışqan sapla birləşdirmək üçün əlavə materialın kənarına 10-15 mm enində tikiş salınır, məkikin makarasındakı yapışqan sap, üstdəki isə adi sap olur. Əlavə ara material maşınla bir və ya iki uzununa gizli tikişlə bəndlənir. Bu zaman əlavə ara material arxa hissənin qatlanma payına deyil, öz üzərinə qoyulur.