Bortaltı (Şəkil 1.1, V) kəsiklərinin adları və xətləri: 1-2 – boyun kəsiyi, 2-3 – yaxа ilə yaxalığın birləşmə kəsiyi, 3-4 – yaxanın çıxıntısı, 4-5 – bort kəsiyi, 5-6 – ətək kəsiyi, 6-7 – içəri kəsik, 7-1 – bortaltının yuxarı hissəsi. Bortaltına verilən calaq yerləri: a-b – yuxarı calaq (birinci ilgəkdən məsafə 2-3 sm çox olmamaq şərtilə) və c-ç – aşağı calaq (məsafə ətək kəsiyindən 10 sm az olmamaq şərtilə).
Alt yaxalıq (Şəkil 1.1, VI) kəsiklərinin adları və xətləri: 1-2 – orta kəsik, 2-3 – boyun kəsiyi, 3-4 – yaxa ilə yaxalığın birləşmə kəsiyi, 4-5 – yaxalığın son kəsiyi, 5-1 – yatan kəsik, 0-3 – yaxalığın qatlanma xətti. Üst yaxalıq da eyni adlandırılır (Şəkil 1.1, VII).
Bəzək hissələri – cib üçün köbə, qapaq və əlavə astar (əsas və ya astar parçadan) kəsikləri belə adlanır: yuxarı, aşağı və yan kəsiklər (Şəkil 1.1, VIII). Kişi şalvarı – hissələri, kəsikləri və xətlərinin adları: Arxa hissə (Şəkil 1.2, I): 1-2 – şalvarın kəmər kəsiyi, 2-3 – orta kəsik, 3-4 – addım kəsiyi, 4-5 – balaq kəsiyi, 5-1 – yan kəsiyi, a-b – balağın qatlanma xətti. Qabaq hissə (Şəkil 1.2, II): 1-2 – şalvarın kəmər kəsiyi, 2-3 – yan kəsiyi, 3-4 – balaq kəsiyi, 4-5 – addım kəsiyi, 5-6 – orta kəsik, 6-1 – miyança kəsiyi, a-b – balağın qatlanma xətti. |
Şəkil 1.2 Şalvarın hissələri və kəsikləri
|
Qulfik (Şəkil 1.2, III) kəsikləri: 1-2 – kəmər kəsiyi, 2-3 – içəri kəsik, 3-4 – aşağı kəsik, 4-1 – xarici kəsik.
Düyməaltı (Şəkil 1.2, IV) kəsikləri: 1-2 – kəmər kəsiyi, 2-4 – içəri kəsik, 4-3 – aşağı kəsik, 3-1 – xarici kəsik.
Əsas materialdan ara materialı və ara qatı materialı olan hissələr (Şəkil 1.2, V) və kəsiklər isə aşağı, yuxarı və yan kəsiklər adlandırılır.
1.1.2. Tələbələr üçün fəaliyyətlər
|