Düymələr tikildikdən sonra pencək artıq saplardan təmizlənir, onun emalının düzgünlüyü yoxlanılır, üzərinə preyskurant talonu asılır, ustaya və ya texniki yoxlamaya verilir.
|
3.5.2. Tələbələr üçün fəaliyyətlər
- Qrup üzvləri öz geyim qarderobunda olan yaxud hazırda əynində olan pencəklərin
modelləri və materialları haqqında qarşı qrupa danışsın.
- Rol oyunları vasitəsilə pencəklərin satışını təşkil edin.
- Rol oyunları vasitəsilə pencək tikdirmək üçün gələn müştəriyə moda və material seçimində peşəkarçasına kömək edin.
- Pencəyin nəmlənib–isidilmə əməliyyatı zamanı təhlükəsizlik texnikası qaydaları barədətəqdimat edin.
- Pencəyin biçim hissələrinin tikişə hazırlanması haqqında qruplararası müzakirələr aparın.
- Rol oyunları vasitəsilə pencəyin hazırlanması üçün lazım olan avadanlıqların təqdimatını edin.
- Hər qrup ayrılıqda şəkildə hansı prosesin verildiyi və bu əməliyyatların hansı avadanlıqlarla aparıldığı haqqında məlumat yazsın. Müzakirə edin.
|
|
3.5.3. Qiymətləndirmə
Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı:
“Astarlı çiyin geyimlərini hazırlamağı bacarır”
- Pencəkdən başqa hansı astarlı çiyin geyimlərini tanıyırsınız?
- Pencək mövsümə görə hansı növə aid edilir?
- Pencəyin hansı modellərini saya bilərsiniz?
- Pencəyin hazırlanmasında hansı materiallardan istifadə edilir?
- Bağlama növünə görə pencəklər neçə cür olur?
- Uzunluqlarına görə pencək növlərini sayın.
- Pencək üçün astarlıq materiallar hansı xüsusiyyətlərinə görə seçilir?
- Bortaltı pencəyin hansı hissəsində hazırlanır?
- Pencəyin ön hissəsinə qabarıqlıq vermək üçün hansı avadanlıqdan istifadə edilir?
- Cib pencəkdə hansı hissələrə qoyulur?
- Pencəyin hazırlanmasında hansı növ ciblərdən istifadə edilir?
|