• Kəsik cibləri hazırlayan avtomat tikiş maşını DURKOPP ADLER 745-35-10 B
Şəkil 3.15 Qolun yığılması
Şəkil 3.16 Maşın DURKOPP ADLER 745-35-10 B
Texniki xüsusiyyətləri:
- sensor panelli idarəetmə OP 7000
- 99 müxtəlif cib proqramları
- cibin növündən asılı olaraq sərbəst proqramlaşdırılması: bəndləmə, tikiş addımının uzunluğu, tikişin sürəti
- böyük qrafik displey
- diaqnostik proqramlaşdırılmış DAC Comfort idarəetmə bloku
- cibin kəsilməsinin dəqiq yerinə yetirilməsi üçün avtomatlaşdırılmış bıçaq
- cib qapağının, xüsusilə də araqatı işlənilməyən cib qapağının ötürülməsi
- məlumatları ötürmək üçün USB yaddaş kartı
- LED işıqlanma
- cib qapağının uzunluğunu ölçən optik ötürücü–işıqlı baryer-orta bıçaq
- böyük şaquli məkik
- hissələrin dəqiq yerləşdirilməsi üçün 5 fərdi proqramlaşdırılmış lazer
- iynə sapını tənzimləyən
- şpulkaların doldurulması üçün mexanizm
- şpulkada qalan sapa nəzarət edən mexanizm
- iynələr arasındakı məsafə – 10-20 mm
Cibin formasından və hissələrin sayından asılı olaraq 480 dəqiqədə 1600-2000 cib tikir.