Modulun adı: Biçmə və geyimin hazırlanma qaydaları |
Modulun kodu: |
Modul üzrə saatlar: 165 |
Modulun ümumi məqsədi: Bu modulu bitirdikdən sonra tələbə müştərinin sifarişinə uyğun olaraq tələb
olunan forma və ölçülərdə müxtəlif növ geyimləri tikməyi bacarır. |
Təlim nəticəsi 1: Çertyojdan alınan ülgünü parça üzərinə döşəməyi bacarır |
Qiymətləndirmə meyarları |
1. Geyimin hissə və hissəciklərini və onların konstruktiv xətlərini müəyyən edir; |
2. Çertyoja əsasən əsas və köməkçi ülgüləri hazırlayır; |
3. Ülgünün döşənməsi üçün parçanın növünün arğac və əriş istiqamətini müəyyən edir; |
4. Texniki şərtlər əsasında parça itkisi minimum olmaq şərtilə ülgünü döşəyir. |
Təlim nəticəsi 2: Yaşına və cinsinə görə müxtəlif modalı bel geyimlərinin hazırlanma ardıcıllığını bilir və müvafiq əməliyyatları yerinə yetirməyi bacarır |
Qiymətləndirmə meyarları |
1. Bel geyimlərini çeşidlərə ayırır; |
2. Seçilmiş modaya uyğun olaraq bel geyimləri hazırlamaq üçün avadanlıqları seçir; |
3. Kişi və qadınlar üçün müxtəlif modalı şalvarları texnoloji ardıcıllığa əsasən hazırlayır; |
4. Müxtəlif çeşidli ətəklərin texnoloji hazırlanma qaydalarını sadalayır; |
5. Kəmərli bel geyimlərinin müxtəlif növlərini hazırlayır; |
6. Kəmərsiz bel geyimlərini köbələrlə hazırlayır. |
Təlim nəticəsi 3: Müxtəlif çeşidli çiyinli geyimləri texnoloji ardıcıllığa əsasən bilir və hazırlamağı bacarır |
Qiymətləndirmə meyarları |
1. Çiyinli geyimləri yaşa və mövsümə əsasən növlərinə ayırır; |
2. Müxtəlif modalı yüngül geyimləri texnoloji ardıcıllıqla hazırlayır; |
3. Üst geyimləri hazırlayan zaman konkret maşınların xüsusiyyətlərini sayır; |
4. Sadə üst geyimlərini texnoloji ardıcıllıqla hazırlayır; |
5. Astarlı çiyin geyimlərini hazırlayır; |
6. İsti araqatlı üst geyimlərinin texnoloji ardıcıllığını təsvir edir. |
Təlim nəticəsi 4: Sifarişçinin istəyini və ehtiyac olan vaxt geyimdə təmir üsullarını müəyyənləşdirməyi və tətbiq etməyi bacarır |
Qiymətləndirmə meyarları |
1. I və II yoxlamanı yerinə yetirir; |
2. Yoxlamaya əsasən görüləcək işləri dəqiqləşdirir; |
3. Geyimdə təmir üsullarını müəyyən edir; |
4. Geyimi sifarişə uyğun təmir edir. |