3.3.1. Üst geyimləri hazırlayan zaman xüsusi maşınların xüsusiyyətlərini sayır
• Elektron düymə tikən maşın Brother BE-438HS NEXİO (minimum yağlama)
Yarımavtomat maşınlar furnitur tikmək və bənd hazırlamaq üçün istifadə edilir. Bu
yarımavtomatlarda işçi yalnız materialı və düyməni düyməsaxlayana qoyur, maşını
işə qoşur, o dayandıqdan sonra isə məmulatı çıxarır. Məmulata düymənin və
qarmağın tikilməsi, bəndin vurulması avtomatik olaraq icra edilir. Maşın
dayandıqda isə iynə əvvəlki vəziyyətinə qayıdır, bəzi maşınlarda sapın ucu
avtomatık kəsilir və düymə tikiləcəyi yerə qoyulur. Belə yarımavtomatların tətbiqi əmək məhsuldarlığının
artırılmasına, işin keyfiyyətinin yaxşılaşdırılmasına və işçi əməyinin yüngülləşdirilməsinə imkan yaradır.