Klyoş formasında biçilmiş ətəyin taxtasında, don və qol hissələrində tikiş qatlanma payına qədər (kəsiklərə paralel) salınır (Şəkil 3.10, b). Sonra qatlanma payı elə tikilir ki, onun basdırılma tikişləri bir-birinə uyğun gəlsin.
Əlavə parçadan don hissələrinin bəzədilməsi və kəsiklərin işlənilməsi üçün istifadə edilir. Bu halda əlavə parça əsasla üz-üzə qoyulur, kəsiklər bərabərləşdirilir və qeyd edilmiş xətdən tikilir. Əlavə parçanın tikişi tədricən ensizləşdirilərək itirilir (Şəkil 3.10, c).
Əgər geyim üz tərəfdən, əlavə parçanın kəsiyindən baxyalanırsa və ondakı tikiş payının uclan tikişin altına düşməyəcəksə, bu halda əlavə parça əsas parçaya tikildikdə tikişin altına əsas parçadan ensiz parça qırığı qoyulur. Künclü hissələr birləşdirilərkən 1 mm tikiş payı saxlanılmaqla çərtilir. Sapı asan sökülən parçadan geyimlər hazırladıqda künclərə F - şəkilli ensiz parça qoyulmalıdır. Hissələr çevrilən tikişlə birləşdirildikdə üz-üzə qoyulur, yönəldici xətkeşin və ya yönəldici dabancığın köməyi ilə7 mm enində (kəsikləri və qeyd xəttini bərabərləşdirməklə) tikilir. Sonra künclərdə 1-2 mm tikiş payı saxlanılmaqla artıq hissə kəsilir və tikiş dartılan yerdən çərtilir. Hissə üz tərəfə çevrilir və alt hissə tərəfdə 1-2 mm enində kant alınmaqla ütülənir. Sapı asan sökülən qalın parçalarda (viskoz, ştapel) çevrilən tikişin payı 2-5 mm məsafədən baxyalanır.
• Hissələri yapışdırıcı tikişlə birləşdirdikdə kəsiklər lazımı endə içəri qatlanaraq qeyd olunmuş xətdən digər hissəsinin üstünə (üz tərəfi yuxan olmaqla) qoyulur. Sonra yönəldici dabancığın köməyi ilə baxyalanır (Şəkil 3.11, a). Qatlanan kənarda tikişin eni modelə müvafiq olaraq seçilir. Tikişdən kəsiyə qədər olan məsafə isə 12-15 mm olmalıdır. Oval xətli hissələrin kəsikləri içəri qatlanaraq ütülənir və həmin yerdən 5 mm enində digər hissənin üzərinə baxyalanır (Şəkil 3.11, b). Kəsik qövsvari (Şəkil 3.11, c) və qabarıqşəkilli (Şəkil 3.11, ç) olduqda, eləcə də baxyalama tikişinin eni 5 mm-dən artıq alındıqda, ona əvvəlcə köbə calanır. Sonra kəsiyin işlənilmiş hissəsi digər hissənin üz tərəfinə (müəyyən xətt boyu) qoyularaq baxyalanır.