Yaxalığa araqatı materialı iki gücləndirici ilə (Şəkil 3.3, a) işləndikdə əsas araqatı materialı 1 appretirlənmiş parçadan uzunluğu yaxalığın hazır halda uzunluğuna bərabər, eni isə yaxalığın eni və tikiş payının (6-8 mm) eni qədər hər tərəfdən əlavə edilərək biçilir.
Gücləndirici ara materialının (Şəkil 3.3, 2 və 3) bir üzü yapışqanlı ara materialından biçilir. Gücləndiricilərin eni yaxalığın yatan tərəfinin hazır haldakı eninə bərabər olur. Elə etmək lazımdır ki, yaxalıq çevrilən tikişlə işlənildikdə tikiş yapışqanlı ara materialına düşməsin.
Yaxalığı bütün uzunu boyu bir gücləndirici ilə hazırladıqda (Şəkil 3.3, b), əsas araqatı materialı (1) appretirlənmiş parçadan biçilir. Onun üzərinə bütün uzunu boyu bir üzü yapışqanlı yaxalılıq ara materialı (2) yapışdırılır. Gücləndirici ara materialı (2) yaxalığın yatan tərəfinin ölçüsündə və formasında biçilir və o, appretirlənmiş əsas parçanın üzərinə elə yapışdırılır ki, gücləndirici yaxalığın çevrilən tikişinin altına düşməsin. Çevrilən tikişlə gücləndiricinin kəsiyinə qədər olan məsafə 3 mm-dən az olmamalıdır. Gücləndirici ara materialının ortasındakı eni hər tərəfdən 9 mm ensiz olmalıdır. Yaxalığın bütün uzunluğu boyu gücləndiricinin qoyulması yaxalığı daha möhkəm, dayanıqlı edir və formasını yaxşı saxlayır.
Yaxalığın araqatı materialını, yaxalığın küncündə ikiqat gücləndirici ilə hazırlamaq üçün (Şəkil 3.3, c), əsas araqatı materialına (1) bir tərəfi yapışqanlı gücləndirici ara materialı (2) yapışdırılır. Gücləndiricinin (2) sonuna həmin ara materialından əlavə uzunluğu 10-12 mm olan gücləndirici qat (3) yapışdırılır. Oturacağın araqatı materialı (4) appretirlənmiş parçadan biçilir. Bir qayda olaraq, oturacağa gücləndirici qoyulmur. Əsas araqatı materialı, eləcə də oturacağın araqatı materialı əriş sapına nisbətən 45° bucaq altında biçilir.
Yaxalıq iki mərhələdə hazırlanır: yaxalığın işlənilməsi və onun geyimə birləşdirilməsi.
Alt və üst koketkalı köynəyin çiyin kəsiyi biriynəli universal maşında üst tikişlə işlənilir. Üst yaxalıq bir hissəli olduqda onun boyun yerinə yatan kənarı və uclan 5-7 mm enində universal maşında (və ya xüsusi yanmavtomat maşında) çevrilən tikişlə, eyni zamanda tikiş payının artıq hissəsini kəsməklə birləşdirilir. Yaxalıq pambıq parçadan və ya toxunmayan parçadan ibarət araqatı materialı ilə işlənildikdə o, ara materialı və ya alt yaxalıq tərəfdən çevrilən tikişlə işlənilir. Yaxalığa əlavə material qatı qoyulanda onun kəsiyi ilə əsas ara materialının kəsiyi bir-birinə uyğun gəlməli, çevrilmiş tikişin və yaxalığı boyun yerinə birləşdirən tikiş payının eni qədər ensiz biçilməlidir (Şəkil 3.2 və 3. 3 , a, b, v). Əlavə material qatı əsas ara materialına müvəqqəti olaraq xüsusi UTS, Cs-321 “Pannoniya” firması (Çexo-Slovakiya), ER-65 və ya ER-70 RSDV aparatları ilə nöqtələrlə, daimi olaraq PFS-600 və NKN-5,6/7 “Kanneqisser” firmasının (Almaniya) presi ilə birləşdirilir və ya universal maşında 6 mm enində tikilir.
Yaxalıq geyimə çiyin kəsiyi birləşdirildikdən sonra tikilir. Çiyin kəsiyinin eni bütün parçalarda bərkidici-ilməkləyici maşında 5-7 mm, universal maşında isə 7-8 mm enində götürülür və xüsusi maşında ilməklənir. Çiyin ikiiynəli maşında “bağlı” və ya biriynəli universal maşında “qapalı” qoşa tikişlə işlənilə bilər.
• Yatan yaxalığı işlədikdə əvvəlcə alt yaxalığın yan kəsikləri üst yaxalığın yan kəsikləri ilə çevrilən tikişlə birləşdirilir (Şəkil 3.4, tikiş - 1). Sonra yan kəsiklərin çevrilən tikişləri alt yaxalıq tərəfə ötürülür və yaxalığın yatan tərəfi də çevrilən tikişlə işlənilir (tikiş - 3). Daha sonra isə araqatı materialı əsas ara qatı, gücləndirici qatla, yaxalığın yatan tərəfinin çevrilən tikişini 1 mm enində örtməklə (tikiş - 3), araqatın kəsiyindən 2 mm məsafədə yapış-dırıcı tikişlə birləşdirilir.
Araqatını yaxalığın yatan tərəfinə birləşdirəndə elə yerləşdirmək lazımdır ki, gücləndirici alt yaxalıq tərəfə yönəlmiş olsun. Yaxalıq üz tərəfə çevrilir, tikiş və künclər düzəldilir, üst yaxalıqdan kant əldə edilir. Alt yaxalıq tərəfdən, aşağı kəsikdən 3 mm məsafədən salınan tikiş üç qat parçanı birləşdirir.