3.1.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“Çiyinli geyimləri yaşa və mövsümə əsasən növlərə ayırır”
|
Biçilmiş hissədə ciblərin, ilgəyin, qasmaların, kəsilməmiş qarsaqların yeri, onun kənarının qatlanma payının xətti qeyd edilir. Cibin yeri deşikaçanla, tabaşirlə, ağzının kəsilmə xətti və ucları, üst ciblərin yuxarı kənarı isə biçim qatını deşməklə qeyd edilir.
Cibin yerini köməkçi ülgü ilə, hər hissədə qələmlə ayrıca nişanlamaq olar. Kəsilməmiş qarsaqlar və qasmalar hər hissənin içəri tərəfindən iki xətlə qeyd edilir. Onun biri qatlanma xətti, digəri isə tikilmə xətti olur. Mürəkkəb birləşməli (koketkalı geyimlərdə) hissələrdə qasmanın qatlanma xətti və üst hissənin alt hissənin üzərinə qoyulma xətti qeyd edilir. Yığmanın və qasmanın yeri deşikaçanla və ya çərtiklə nişanlanır. Sapı asan sökülməyən toxuma və s. materialların döşənməsində qələm və tabaşirlə nişanlamaya icazə verilmir.
Nişanlar hazır geyimdə üz tərəfdən görünməməlidir. Üst köynək naxışlı parça materialdan tikildikdə (dama-dama, zolaqlı naxışların istiqamətində) hissələrdə naxışların simmetrik olması üçün SST- 17-310-83-ün tələbinə müvafiq uyğunlaşdırılma işləri görülməli və aşağıdakı tələblərə əməl edilməlidir: