Ətəyin yuxarı kəsiyinin kəmərlə hazırlanması. Kəməri hazırlamaq üçün yapışqanlı araqatından istifadə edirlər. Bunun eni kəmərin eninə bərabər olur. Əvvəlcə yapışqanlı araqatını kəmərin tərs tərəfinə ütü ilə yapışdırırlar. Sonra kəmərin üst tərəfi içəri olmaqla uzununa iki qat qatlayırlar. Kəmərin yan kəsiyini 0,5-0,7 sm enində maşın tikişi ilə birləşdirirlər. Künclərdə tikişin artığını kəsib kəməri üst tərəfə çevirir və ütüləyirlər. Sonra hazır kəmərin üzərində tabaşirlə yan tikiş xətlərini, klin, qarsaq və lazımı xətləri işarə edirlər. Kəmər ətəyin yuxarı kəsiyinin tərs tərəfində yerləşdirilir, kəsiklərin kənarlarını bərabərləşdirir və kəməri ətəyə eyni zamanda asqıları qoymaqla kökləyirlər. Sonra 0,5-0,7 sm enində maşın tikişi ilə tikib tikişin sonunda bənd vururlar, tikişi ütüləyirlər. Kəmərin sonunu üz-üzə qoyub 0,5-0,7 sm enində maşın tikişi ilə tikirlər. Sonra onu üst tərəfə çevirir, kəmərin açıq tərəfini 0,5-0,7 sm enində tərs tərəfə qatlayıb kökləyirlər. Kəmərin qatlanmış tərəfini üz tərəfinin üzərinə qoyub kəmərin ətəkilə birləşmə tikişinin üstünü örtməklə kökləyir və maşınla tikirlər. Sonra kəmərin daxili tərəfini nəm əski vasitəsi ilə ütüləyirlər. Bağlama üçün düymə və ilgək tikirlər. Bundan sonra kəməri üst, alt və yan tərəflərdən kənardan 0,1-0,2 sm məsafədə bəzək tikişi ilə maşınla tikirlər. Bəzək tikişlərini ipək sapla aparmaq lazımdır. Ətək üçün asqıları aşağıdakı qaydada hazırlayırlar. Astarlıq materialdan asqı üçün parça zolağı biçirlər. Həmin parça zolağının tərəflərini 0,5 sm enində içəriyə qatlayıb ütüləyirlər. Sonra parça zolağını tərs üzü içəri olmaq şərti ilə iki qatlayır və 0,2 sm enində tikişlə birləşdirirlər. Asqının hazır halda eni 0,5 sm, uzunluğu isə 7-8 sm olmalıdır. Asqı üçün tesmalardan da istifadə etmək olar.
2.5.2. Tələbələr üçün fəaliyyətlər
|
2.5.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“Kəmərli bel geyimlərinin müxtəlif növlərini hazırlayır”
|