Geyimin ətək kəsiyi 7-10 mm enində içəri qatlanır, sonra qatlanma payının eni qədər yenidən qatlanaraq tərtibatlı universal maşında qatlama tikişlə baxyalanır (Şəkil 2.21, a).
Ətək klyoş olduqda əvvəlcə qatlama payının kəsiyi 7 mm enində qatlanır, sonra qatlanma payı müəyyənləşdirilmiş endə yenidən qatlanaraq tərtibatlı universal maşında baxyalanır (Şəkil 2.21, b).
Ətəyə qədər düymələnən geyimlərdə ətək və bortaltı kəsikləri qatlanır,sonra isə bortaltının içəri kəsiyi geyimin ətək qatlama payına bəndlənir (Şəkil 2.21, c, ç).
Yun parçadan olan bəzi geyimlərdə tikiş üz tərəfdən müşahidə olunduğu halda ətək kəsiyi əvvəlcədən ilməklənir, sonra kəsiyin qatlanma payı görünməz tikişli maşınla basdırılır (Şəkil 2.21, d). Bəzi hallarda ilməkləmək əvəzinə kəsik ensiz parça və ya tesma ilə haşiyələnir (Şəkil 2.21, e, ).
Şalvarın və ya ətəyin içinə salınan kişi və qadın üst köynəyinin ətəyi tərtibatın köməyi ilə universal maşında qatlanaraq baxyalanır, kəsik haşiyələnir və ya ilməklənir.
Geyimin ətəyi tərtibatlı maşında boyun və qol yeri kəsiyinin haşiyələndiyi kimi haşiyələnir. Geyimin ətəyi incə köbə ilə tərtibatlı ikiiynəli maşınla icra edilir. Köbənin hər iki kəsiyi içəri qatlanır və baxyalanır. Ətək kəsiyini ensiz parça ilə və ya incə köbə ilə boyun və qol yeri kəsiyinin haşiyələnməsi kimi haşiyələmək olar.
2.4.2. Tələbələr üçün fəaliyyətlər
Roloyunları vasitəsilə müxtəlif fasonlu ətəklərin satışını təşkil edin. Alıcıya öz təklifləriniz ilə köməklik edin.
|
2.4.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“Müxtəlif çeşidli ətəklərin texnoloji hazırlanma qaydalarını sadayalır”
|