Manjetin eni modelin texniki təsvirində göstərildiyi kimi olmalıdır (Şəkil 2.18, a). Manjet yan və addım tikişinə universal maşında
iki irəli-geri tikişlə, 10 mm uzunluğunda bəndlənir. Yamşaq (manjetsiz) balaqda yan kəsikləri birləşdirildikdə çərtiklər arasındakı
məsafə tikilməmiş saxlanılır. Sonra yan tikiş açılır və ütülənir. Balaq qeyd edilmiş xətdən üz tərəfə qatlanır (yuxarı və aşağı çərtikləri gözləməklə)
və çevrilən tikişlə 10 mm enində işlənilir. Yan kəsiyin künclərindəki artıq hissə kəsilir, tikiş səliqəyə salınır, küncləri çevrilərək düzəldilir.
Balağın qatlanma payının kəsiyi 10 mm içəri qatlanaraq universal maşında tikilir. Qalın parçalardan hazırlanan şalvarın balağı köbə ilə xüsusi tərtibatlı
universal maşında haşiyələnir və ya xüsusi maşında ilməklənir. Tikiş qatlanma yerindən, yaxud haşiyənin kənarından 1-2 mm və ya ilməklənmiş kənardan 5 mm aralı salınır.
Yamşağın kənarı xüsusi və ya universal maşında ikiqat tikişlə (şalvarın balağına paralel, 10 mm uzunluğunda) bəndlənir.
Cins, qarışıq və pambıq parçadan hazırlanan şalvarın balağı manjetsiz işlənir. Əgər şalvar sərbəst uzunluqda (şkala-boy ölçüsü nəzərə alınmadan) hazırlanırsa,onun balaq kəsiyi yalnız ilməklənir. Bütün başqa hallarda şalvarın balağı müəyyənləşdirilmiş endə içəri qatlanır, kəsik yenidən içəri qatlanmaqla qapalı kəsik kimi basdırılmaqla, haşiyələməklə,
ilməklənməklə təkrar qatdan 2-3 mm məsafədə baxyalanır. Əməliyyat ikiiynəli və ya biriynəli məkik toxunmalı maşınla aparılır.
|
2.3.2. Tələbələr üçün fəaliyyətlər
- Qruplara bölünün, hər qrup ayrılıqda şalvarın hazırlanma ardıcıllığını ağ kağızda yazsın. Sonra kağızları lövhəyə bərkidin. Lider nümayəndələr təqdimat etsin.
- Hər qrup qarşı qrupa şalvarın hazırlanması mövzusuna aid suallar hazırlayıb versin.
- Hər qrup ayrılıqda şalvar və ətəyin hazırlanma qaydasının oxşar və fərqli cəhətlərini yazsın.
- Bir qrup şalvarın miyançasınm və kəmər yerinin işlənilməsi, digər qrup isə bel kəsiyinə kəmərin birləşdirilməsi haqqında təqdimat hazırlasın.
- Rol oyunları vasitəsilə şalvarın balaq kəsiyinin müxtəlif qaydalarda işlənilməsi və bu qaydaların seçimi zamanı nəyin əsas götürülməsi haqqında danışın.
- Roloyunları vasitəsilə hər qrup qarşı qrupun geyindiyi şalvarın hazırlanması haqqında danışsın.
|
|
2.3.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“Kişi və qadınlar üçün müxtəlif modalı şalvarları texnoloji ardıcıllığa əsasən hazırlayır”
- Şalvarın hansı hissələri var?
- Kişi və qadın şalvarlarının hazırlanma ardıcıllığında fərq varmı?
- Kişi və qadın şalvarlarının hazırlanması zamanı ölçü götürmədə hansı fərqlər var?
- Konstruksiyasına görə hansı şalvar modalarını tanıyırsınız?
- Cins şalvarlarda bağlama yeri necə hazırlanır?
|