Pambıq parçadan hazırlanan xüsusi və idman şalvarlarının oturacaq kəsiyi qapalı və ya bağlı tikişlə, qısa şalvarlarda isə bərkidici-ilməkləyici tikişli maşında işlənilə bilər.
Kəmər kəsiyi ardıcıl-paralel üsulla işlənildikdə kəmər və korsaj eyni vaxtda birləşdirilir.
• Şalvar balağının işlənilməsi
Şalvar balağının qatlanma payının işlənilməsi üçün onun sağ və sol balağı üst-üstə qoyulur, addım və yan tikişləri bərabərləşdirilir. Miyança yerinin kənar, kəmərin yuxan kənar və şalvarın orta tikişi düzəldilərək səliqəyə salınır. Balağın kəsiləcək yeri və qatlanma payının xətləri addım və yan tikişləri tərəfdən ülgü vasitəsilə qeyd edilir. Artıq yerlər həmin xətt boyu qayçı və ya xüsusi aparatla, ya da mexanikləşdirilmiş bıçaqla kəsilir. Dəqiq biçimdə və işlənilmə prosesində texnologiyanın tələbi tam yerinə yetirildikdə şalvarın balağını kəsməyə (hamarlamağa) ehtiyac qalmır.
Balaq kəsiyindəki sapların sökülməməsi üçün o, ilməklənir (Şəkil 2.18, c) və ya köbə ilə haşiyələnir. Balağın möhkəmliyini artırmaq üçün onun qatlanma payına dairə boyu xüsusi tesma tikilir (Şəkil 2.18, a, b, c). Bu zaman o, balaqdan 1-2 mm kənara çıxmalıdır. Addım kəsiyində qalınlıq alınmasın deyə tesmanın ucu addım kəsiyindən 10-15 mm arxa hissə tərəfdən başlanmalıdır. Tesmanın ucları 10-15 mm uzunluğunda üst-üstə qoyulur, 5-7 mm içəri qatlanır və düzbucaqlı şəklində tikilir. Qatlanma payının kəsiyi qeyd edilən xəttdən gizli tikişli xüsusi maşında içəri tərəfdən basdırılır. Balaq kəsiyi xüsusi tesma (və ya köbə) ilə işlənildikdə onun yuxan kənarındakı basdırma əməliyyatı da kəsiyi ilməklənən balaqda olduğu kimi aparılır. Köbə astarlıq parçadan qoyulduqda 5-6 mm enində çevrilən tikişlə işlənilir. Sonra köbənin kəsiyi 7 mm içəri qatlanır və gizli tikişli xüsusi maşında basdırılır.
Balaq manjetli olduqda (Şəkil 2.18, a) ona 1-2 mm kənara çıxmaqla 5-7 mm məsafədə tesma tikilir. Sonra balaq qeyd edilmiş xətdən içəri qatlanır və universal maşında tesmanın qırağından 1-2 mm aralı tikilir. Tesmanın qalın kənarı eyni ölçüdə, kant şəklində manjetin qatlanma payından 1-2 mm kənara çıxarılır. Manjet şalvarın üz tərəfinə qatlanır və köklənir.
Pambıq parçadan hazırlanan şalvarın balağına tesma tikilmir. Balaq kəsiyi qatlayıcı alətin köməyi ilə və ya əllə qeyd edilmiş xətdən 10 mm içəri qatlanır. Ondan 1 mm aralı (bu zaman yan və addım tikişi bir-birinə uyğun gəlməlidir) tikilir. Əsasən pambıq parçadan olan şalvarlarda manjet ikiqat olduğu üçün qatlanma payına 25 mm əlavə edilir. Manjet şalvarın balağı üz tərəfə qatlanmaqla alınır.