Kəmər şalvarın bel kəsiyinə tərəf yatırdılır. Kəmərin yuxan kəsiyi 7 mm enində içəriyə qatlanır, üzərinə korsaj lenti qoyulur və yuxan tərəfdən 1 mm aralı tikilir. Kəmərdən 1-2 mm enində kant düzəldilərək kəmər tikişindən 2 mm yuxan üz tərəfdən baxyaladıqda korsaj lentinin aşağı kəsiyi də ona birləşir (Şəkil 2.16, b, tikiş - 5). Kəmərin uclan ikiiynəli maşında birləşdirilən kəmərdə olduğu kimi işlənilir. Kəmər şalvara birləşdirildikdə körpünün aşağı ucu (çərtiklərə müvafiq) kəmərlə arxa və qabaq hissələrin, yuxan ucu isə kəmərlə kəmər astarın arasına qoyularaq (boşluq payı qoymaqla) onlarla birlikdə tikilir (Şəkil 2.16, a, körpü-2). Bundan başqa, körpü enli olduqda onun yuxan ucu içəri qatlanır, kəmərin yuxan kənarına üz tərəfdən, üç təkrar tikişlə universal maşında, ensiz olduqda isə*hər iki ucu bəndləyici xüsusi maşında bərkidilir. Kəməri bağlamaq üçün (kəmər şalvarın yuxan kəsiyinə birləşdirildikdən sonra) onun ucunda xüsusi alətlə qarmaq və ilgək qoyulur. Qarmaq kəmərin sol hissəsinə astar tərəfdən, çevrilən tikişdən geydirilərək şablon vasitəsilə onun ucuna bəndlənir. İlgək isə kəmərin sağ hissəsinə üz tərəfdən qoyulur və astar tərəfdən metal lövhə ilə bərkidilir (Şəkil 2.17).
• Şalvarın orta kəsiyində tikiş payı çox enli saxlanıldıqda oturacaq tikişi açılır və korsaj lentinin ucu içəri qatlanır (Şəkil 2.17). Bu zaman o, tikiş payının altına düşməlidir. Sonra həmin yer xüsusi maşında bəndlənir. Kəmər və korsaj lenti bütöv olduqda onlar tikiş payının eni qədər kəmərin içinə yatırdılır və yuxanda göstərilən qaydada işlənilir.
Şalvarın orta kəsiyi ikiiynəli zəncirvari bir tikişli 976-1 sinif maşında və ya universal maşında iki tikişlə (aralarındakı məsafə 1 mm olmaqla) sol yarımhissə tərəfdən tikilir. Tikiş miyança çərtiyindən başlanır və bel kəsiyinə qədər davam etdirilir. Tikiş prosesində kəsik dartılır və miyança çərtiyi, addım tikişi, arxa hissə calağının tikişi bir-birinə bərabərləşdirilir. Tikiş payı 10 mm olmalıdır. Yun parçadan olan kişi şalvarının orta kəsiyinin yuxan hissəsində tikiş payı (hər tərəfdə) 20 mm saxlanmalıdır. Bəzən orta tikişin icrasında bir tikişdən də istifadə edilir. Onda məkikə 10 №-li, iynəyə isə 6 tağlı 30 №-li sap salınır. Orta kəsik birləşdirilərək tikildikdən sonra miyançanın uzunluğu müəyyənləşdirilir. Qulfik düymə yerinin üstünə qoyulur. Miyançanın içəri tərəfinə üçbucaq şəklində biçilmiş bəndaltı qoyulur (qabaq hissə astarsız olduqda) və oturacaq kəsiyi ilə birlikdə universal maşında tikilir. Tikişlər xüsusi taxta yastıq üstündə və ya xüsusi yastıqlı presdə, miyança yerindən başlayaraq açılır və ütülənir. Miyançanın qövsvari kəsiyindən 5 mm yuxarıdakı hissəsi universal maşında irəli-geri tikişlə bərkidilir. Sonra oturacaq tikişini (miyança tərəfindən) örtmək üçün içəri tərəfdən romb şəklində biçilmiş və kənarları ilməklənmiş (haşiyələnmiş) parça - “ley” qoyulur. “Ley”in korbucaqlı tərəfləri addım tikişlərinə, itibucaqlı tərəflərinin biri miyança bəndinə, digəri isə oturacaq tikişinə bəndlənir. Əməliyyat universal maşında və ya xüsusi bəndləyici maşında yerinə yetirilir.